Yulaflı toyuq kotleti (3 yaş +)

0
545
Yulafli toyuq kotleti

Uzun müddətdir ki, düyü əlavə qidaya başlayan zaman istifadə olunan ilk qidalardan biri olmuşdur. Hələ də istifadə olunur. Çünki, düyü alergik riski az və glütensizdir. Lakin son araşdırmalar, əlavə qisdalara az miqdarda glutenli, məsələn, yulaf kimi qidaların verilməsini təklif edir. Yulafın düyüdən daha bir üstünlüyü odur ki, o şəkərin miqdarını tez bir zamanda artırmır və qəbizliyə səbəb olmur. Yulafın bu özəlliklərinin olmasının ən vacib səbəbi yüksək lif tərkibli olmasıdır. Hər bir ehtimal ilə bu barədə həkiminiz ilə məsləhətləşməniz daha uyğundur. Bilməlisiniz ki, yulaf nəmdən təsirlənə bilər. Bu səbəblə, yulaf hava keçirməyən bir qabda, sərin və quru yerdə saxlanılmalıdır. Ancaq eviniz çox isti olarsa, soyuducunu seçə bilərsiniz.

Yulaflı toyuq kotleti üçün inqrediyentlər

  • 100 qr toyuq filesi;
  • Yarım stəkan yulaf;
  • Yarım stəkan süd;
  • 1 ədəd kiçik soğan;
  • 1 diş sarımsaq;
  • 3 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • Suxarı (çörək qırıntıları);
  • Xama;
  • bir qədər şüyüt;
  • Zövgə görə duz.

Yulaflı toyuq kotletnin hazırlanması

1.Toyuq filesi artıq yağlardan təmizlənilir. Soğan və sarımsaq təmizlənilib, yuyulub hazırlanılır.
2. Süd qaynadılır və üzərinə un halında çəkilmiş yulaf əlavə olunub, qarışdırılır və qapağı bağlı vəziyyətdə 10 dəqiqə saxlanılır. ⠀
3. Toyuq filesi, soğan, sarımsaq və süddə şişmiş yulaf blender vasitəsi ilə tam çəkilir. Əgər blender yoxdursa, ətçəkən maşınından istifadə olunursa, iki dəfə çəkmək kifayət edəcək. Zövgə görə duz əlavə olunub yaxşı qarışdırırlır.

4. Hazır olan ətdən nəm əllər ilə oval kotletlər hazırlanılır və hər tərəfi suxariyə batırılır.

5. Kotletləri yağda az odda hər iki tərəfi qızılı rəngdə olana qədər qızardılır.
6. Qızardılan kotletlər isti-isti qapağı bağlı halda 15-20 dəqiqə saxlanılır. Belə etdikdə, kotletlər daha yumuşaq olacaqdır. ⠀
7. Sous üçün xamaya çox xırda doğranılan şüyüt və zövgə görə duz əlavə olunur.
8. Kotletləri xamalı sous ilə verə bilərsiniz.  ⠀
Nuş olsun!