Bulqur plovu (2 yaş+)

0
309
Bulqur plovu

Bulqur plovu çox məşhur bir yeməkdir. Bulqur tez-tez uşaq qidalanmasında istifadə olunur. Bulqur plovu fərqli tərəvəzlərlə hazırladıqda, fərqli yeməklər alınır. Bu plov hətta ət ilə hazırlana bilir və çox dadlı olur.

Bulqur plovu üçün inqrediyentlər:

  • 1 stəkan bulqur;
  • 1 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • 1 ədəd orta soğan;
  • 1 ədəd kök;
  • 1 ədəd yaşıl bibər;
  • 1 ədəd pomidor;
  • 1 çay qaşığı kərə yağı;
  • 2 stəkan qaynar su;
  • Zövgə görə duz.

Əlavə olaraq, içinə qaynadılmış, incə dilimlənmiş quzu əti, evdə hazırlanan ət bulyonu də əlavə edilə bilər. Beləliklə, onun qidalılığı daha da artacaqdır. Quzu əti bəzi körpələrə qoxusu xoş olmaya bilər, buna görə də yaxşı qaynadılmış mal əti də istifadə oluna bilər.

Bulqur plovunun hazırlanması

Soğan, bibərŞ kök və pomidor kublara doğranılır. Zeytun yağı və kərə yağı qazana qoyulub, incə doğranmış soğan əlavə edilir. Bəzən qarışdıraraq 1-2 dəqiqə aşağı istilikdə bişirilir. Bundan sonra incə doğranmış bibər, kök və pomidor əlavə edilib, 4-5 dəqiqə daha bişirilir. Sonra yaxşı yuyulmuş bulgur, duz və qaynar su əlavə edilir. Bulgur tam bişib dən-dən olana qədər 15 dəqiqə aşağı istilikdə bişirilir. Bulgur plovu 15-20 dəqiqə dayandıqdan sonra verilə bilər.
Əlavə olaraq, bişmiş ət əlavə ediləcəksə, bulqur ilə birgə əlavə edilib, bişirilir. Ət bulyonu isə su əvəzi süzülə bilər.

Körpə bulqur yeyə bilsə də, ilk əvvəl bulquru bir az sulu halda qidalandırmaq daha idealdır, çünki körpə nəfəsini tənzimləyə bilmirsə, bulgur körpənin nəfəs borusuna düşə bilər. Bunun üçün diqqətli olmaqda fayda var.