Toyuq filesi B3 vitamininin əla mənbəyidir. B3 həzm sistemi, sinir sistemi və dəri sağlamlığı üçün vacib bir vitamindir. Həzm sisteminin sağlam fəaliyyətini dəstəkləyir, qan dövranına müsbət təsir göstərir.
Sobada tərəvəzli toyuq üçün inqrediyentlər:
- 100 qr toyuq filesi;
- 100 qr brokol;
- 1 ədəd kök;
- 1 ədəd bibər;
- 100 qr göbələk;
- 4 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
- Zövgə görə duz.
Sobada tərəvəzli toyuğun hazırlanması
Bütün tərəvəzlər ilk əvvəl 5 dəqiqə duzlu suda saxlanılır (bu gözə görünməyən parazitlərin təmizlənməsi üçün çox vacibdir) və sonra təmiz yuyulur. Göbələk soyulduqdan sonra yenidən durulanmalıdır. Göbələk, brokol, bibər kiçik kublara bölünür. Kök isə nazık halqalara kəsilir. Tərəvəzlər bir qaba yığılıb, duzlanır və üzərinə 2 yemək qaşığı zeytun yağı tökülüb, yaxşı qarışdırılır. Bundan sonra toyuq filesi artıq piylərdən təmizlənib, yuyulur və xırda doğranılaraq, bir qədər duzlanılır. File quru tavada hər tərəfi bir qədər qızardılır. Soba qabına tərəvəz və file tikələri yığılır. Filenin üzərinə qalan 2 yemək qaşığı zeytun yağı əlavə edilir. Bu qarışım sobada 180 dərəcədə 35-40 dəqiqə ərzində bişirilir. Sağlam və dadlı tərəvəzli toyuq yeməyini ümumi ailə üçündə hazırlamaq olar. Nuş olsun!