― Advertisement ―

Laktasiya dövründə ana üçün sağlam qidalanma

Laktasiya dövründə ana həm bədənindəki qida ehtiyatlarını tarazlıqda saxlamaq, həm də ifraz etdiyi südə uyğun gələn enerji, zülal, mineral və vitaminləri almaq üçün balanslı...
Ana səhifəUşaq 1-5 yaşYemək reseptləriYaşıl mərci şorbası (1 yaş+)

Yaşıl mərci şorbası (1 yaş+)

Yaşıl mərci, qida maddələrinin zənginliyinə baxmayaraq, uşaqların sevimli yeməyi deyildir. Əlbətdə ki, vitamin və minerallarla zəngin olan bu qidanı övladlarımızdan məhrum emək olmaz. Mərcimək;
  • Tərkibində protein, dəmir, fol turşusu, B vitamini və minerallar olduğu üçün qidalanmada vacib bir qidadır.
  • Zülal tərkibi ilə qızmızı ətə, karbohidrat tərkibi ilə buğda çörəyinə yaxın qidalanma dəyərinə malikdir.
  • Əhəmiyyətli bir antioksidandır və immunitet sistemi üçün vacibdir.
  • Yüksək lif tərkibi sayəsində qəbizliyi yaxşı həll edir.

Körpəniz 8 aylıq olanda, artıq yemək siyahısına mərcimək əlavə edə bilərsiniz.
İlk əvvəl, mərciməyin körpədə qaz əmələ gətirməsi bir çox ananı narahat edir. Bənzər bir narahatlığınız varsa, yumşaq sarı və ya qırmızı mərciməklərdən başlaya bilərsiniz. Yaşıl mərciməyi istifadə etmək fikrindəsinizsə, gecədən islatmağı və mümkünsə suyu 1-2 dəfə dəyişdirməyi məsləhət görürük.

Körpənizin ilk dəfə sınayacağı qidaları kiçik miqdarlardan başlayaraq və 3 günlük qayda ilə sınamalısınız. Yeni qida 1 çay qaşığı miqdarında verilməli və 3 gün körpə müşahidə edilməlidir. Hər hansı bir mənfi reaksiya müşahidə edilərsə, pediatırla məsləhətləşə bilərsiniz. Bu 3 gündə körpənizin qidasına bir fərqli qida əlavə etməlisiniz ki, hansı qidanın reaksiyaya səbəb olduğunu anlayasınız.

Yaşıl mərci şorbası üçün inqrediyentlər:

  • 50 qr toyuq filesi;
  • 4 yemək qaşığı yaşıl mərcimək;
  • 1 ədəd kök;
  • 1 ədəd soğan;
  • 1 ədəd kartof;
  • 2 yemək qaşığı “Zeytun bağları” zeytun yağı;
  • Quru nanə və ya xırda doğranmış şüyüd;
  • Zövgə görə duz (1 yaşa qədər duz məsləhət edilmir).

Yaşıl mərci şorbasının hazırlanması

Mərci gecədən isladılır sonra su şəffaf olana qədər soyuq su ilə yaxşı yuyulur. Toyuq filesi kublara kəsilir, suda bişirilir. (ilk bulyon istifadə olunmur). Kartof kiçik kublara kəsilir doğranılır. Kök incə rəndədən keçirilə və ya xırda doğranıla bilər. Soyulmuş soğan bütöv halda istifadə olunur. Qazana hazırlanan tərəvəzlər, file, duz, yağ və üzərinə 1,5 lt su əlavə edilib vam odda 25-30 dəqiqə bişirilir. Sonda bütöv soğan çıxarılıb, şorbaya quru nanə və ya şüyüd əlavə edilir. Körpənin çeynəmə qabiliyyətinə görə yeməyi əl blendirindən keçirmək olar. Nuş olsun!

error: Alert: Content selection is disabled!!