Toyuqlu güveç (2 yaş+)

0
143
Toyuqlu güveç

Toyuqlu güveç, asanlıqla hazırlanan və ən əsası da uşaqların sevimli bir yeməyinə çevriləcək bir yeməkdir.

Toyuqlu güveç üçün lazımı inqrediyentlər

  • 100 qr toyuq filesi,
  • 1 ədəd soğan,
  • 1 ədəd kök,
  • 2-3 ədəd kartof,
  • 2 ədəd yumurta,
  • 1 yemək qaşığı xama,
  • xırda doğranmış şüyüt,
  • 1 yeçək qaşığı “Zeytun Bağları” zeytun yağı,
  • Zövgə görə duz.

Toyuqlu güveçin hazırlanması

  1. Toyuq filesi xırda kublara doğranılır. Kök və kartoflar dairələrə doğranılır. Soğan isə incə doğranıla və ya incə rəndədən keçirilə bilər.
  2. Az miqdarda zeytun yağı ilə yağlanmış xüsusi soba qaba məhsullar qeyd olunan sıra ilə qatlara yığılır: əvvəl bir kartof, sonra toyuq, soğan, kök və sonda yenə kartof düzülür. Çox sıx yerləşdirmək lazım deyil. Hər qata bir az duz səpilir.
  3. İndi güveçin alınması üçün xüsusi qarışım hazırlamaq lazımdır. Bunun üçün yumurta, xama, duz və şüyüd lazımdır. Bu inqrediyentlər yaxşı çırpılır. Yeri gəlmişkən, əgər əl mikserindən istifadə edilsə və qarışım köpük halına gələnə qədər çırpılsa, güveç daha havalı və möhtəşəm görünəcəkdir.
  4. Alınan qarışım səliqəli şəkildə qaba kartofun üzərinə tökülür. Çalışmaq lazımdır ki, qarışım kartofun hər bir tərəfinə tökülsün. Sonra qab falqa və ya qapaq ilə örtülür və 180 dərəcədə 40-45 dəqiqə sobada bişirilir.
  5. Bundan sonra falqa çıxarılır və güveç yenidən sobaya daha 5 dəqiqə bişirilməyə qoyulur. Çıxırılıb, bir qədər sərinləşdikdən sonra yemək olar. Nuş olsun!