Yulaflı şorbası (1yaş +)

0
515
Yulaflı şorbası yemek resepti(1yaş +)

Uzun müddətdir ki, düyü əlavə qidaya başlayan zaman istifadə olunan ilk qidalardan biri olmuşdur. Hələ də istifadə olunur. Çünki, düyü alergik riski az və glütensizdir. Lakin son araşdırmalar, əlavə qisdalara az miqdarda glutenli, məsələn, yulaf kimi qidaların verilməsini təklif edir. Yulafın düyüdən daha bir üstünlüyü odur ki, o şəkərin miqdarını tez bir zamanda artırmır və qəbizliyə səbəb olmur. Yulafın bu özəlliklərinin olmasının ən vacib səbəbi yüksək lif tərkibli olmasıdır. Hər bir ehtimal ilə bu barədə həkiminiz ilə məsləhətləşməniz daha uyğundur. Bilməlisiniz ki, yulaf nəmdən təsirlənə bilər. Bu səbəblə, yulaf hava keçirməyən bir qabda, sərin və quru yerdə saxlanılmalıdır. Ancaq eviniz çox isti olarsa, soyuducunu seçə bilərsiniz.

Yulaf şorbası üçün lazım inqrediyentlər:

  • 1 ədəd soğan;
  • 2 ədəd kortof;
  • 1 ədəd yerkökü;
  • 3 yemək qaşığı yulaf;
  • 2 yemək qaşığı “Zeytun Bağı” zeytun yağı;
  • yarım çay qaşığı sarıkök;
  • Zövgə görə duz;
  • Şüyüt;
  • 1.5 lt su.

Yulaf şorbasının hazırlanması:

  1. Tərəvəzlər təmizlənib, kublara bölünür.
  2. Qazanda su qaynağa gətirildikdən sonra tərəvəzlər suya əlavə edilir və 15-20 dəqiqə bişirilir.
  3. Bundan sonra yulaf, duz, sarıkök əlavə edilib, yulafın hazır olmasına qədər bişirilir.
  4. Hazır olan şorbanı süfrəyə verdikdə, üzərinə bir qədər çox xırda doğranılan şüyüt əlavə edə bilərsiniz.