Tərəvəzli yarma plovu (3 yaş +)

0
591
Tərəvəzli yarma plovu

Yarma (bulqur) süfrənizdəki ağ düyü və çörəkdən daha qidalıdır. Yarmada olan protein, kalsium, kalium və fosfor düyüdən daha çoxdur. B vitamini və dəmir miqdarı düyü və makarondan üç qat çoxdur. Yarma yüksək miqdarda lif ehtiva edir və lif həzm sisteminin yaxşı işləməsi üçün vacibdir. Tərkibindəki B1 vitamini körpənin sinir və həzm sisteminin inkişafında mühüm rol oynayır. Bulgur plovu bütün körpələrin və uşaqların həvəslə yediyi taxıl yeməyidir. Yarma yetərincə çətin həzm olunduğu üçün mütəxəssislər onu uşağın qida menyusuna 2 yaşdan tez əlavə edilməməsini tövsiyyə edirlər.

Tərəvəzli yarma plovu üçün inqrediyentlər

  • 3 yemək qaşıqğı yarma;
  • 1 adət kiçik kabaçok;
  • 1 adet kiçik kök;
  • 1 adet soğan;
  • bir qədər təzə nane və ya şüyüt;
  • 3 yemək qaşığı “Zeytun bağları” zeytun yağı;
  • 1 stəkan ət bulyonu.

Tərəvəzli yarma plovunun hazırlanması

Soğan təmizlənilib, xırda doğranılır və zeytun yağı əlavə olunan qazanda qapağı bağlı vəziyyətdə az odda 5 dəqiqə qızardılır. Sonra üzərinə təmizlənib xırda doğranılan kök və kabaçok əlavə olunur. Bu tərəvəzlər qapağı bağlı halda 5-10 dəqiqə ərzində qızardılmağa davam edilir. Qızarılan tərəvəzə yarma əlavə edilib 3-4 dəqiqə qızardılır və üzərinə 1 stəkan ət bulyonu və bütöv halda nanə əlavə edilib, qarışdırılır və qapağı bağlanaraq, tam bişirilir. Bişdikdə nanəni yeməkdən götürmək olar. Nanə və ya şüyüt yeməyə xüsusi tam və ətir verəcəkdir.

Nuş olsun!