Tərəvəzli toyuq şorbası ( 3yaş +)

0
324
toyuq sorbasi

Tərəvəz, körpənin sağlam bir şəkildə inkişafını davam etdirməsii üçün faydalı olmaqla yanaşı, həm də böyük bir ehtiyacdır! Bu səbəbdən analar körpələrinə bol miqdarda tərəvəz şorbası yedirtməlidirlər.

Tərəvəzli toyuq şorbası üçün lazım inqrediyentlər

  • 100 qr toyuq əti;
  • 1 ədəd soğan;
  • 1 ədəd kök;
  • yarım ədəd bolqar bibəri;
  • 1 ədəd kortof;
  • 3 ədəd təzə yaşıl lobya;
  • Zövgə görə göyərti (şüyüt, nanə və s);
  • 2 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • Zövgə görə duz;
  • 2 dəfnə yarpağı.

Tərəvəzli toyuq şorbasnın hazırlanması

Əvvəlcə bulyonu bişirilir. Qazana 1 litr su tökülüb, qaynağa gətirilir. Əgər toyuq əti çox yağlıdırsa, artıq yağlardan təmizlənilib, yaxşıca yuyulub doğranılır və qaynayan suya əlavə olunur. Təmizlınib xırda doğranılan kök və bütöv soğan bulyona qoyulur (soğanı soymamaq daha yaxşıdır, belə olan halda bulyonun rəngi daha doymuş olacaqdır. Sadəcə yaxşıca yumaq kifayət edir). Bulyon toyuq hazır olana qədər bişirilir, təxminən toyuq ətinin bişməsinə 10 dəqiqə qalmış lazımı ədviyyatlar duz, 2 ədəd dəfnə yarpağı əlavə edilir. Bulyon hazır olana qədər təvəzləri hazırlamaq lazımdır.

Şorba üçün kartof, təzə yaşıl lobya, bolqar bibəri götürülür. Bütün tərəvəzlər yuyulur və doğranılır. Hazır bulyondan ət çıxarılır və bulyonun özü süzülür və yenidən bulyon qaynayan zaman əvvəlcə doğranmış kartof əlavə olunur və bir qədər bişirilir(gec bişdiyi üçün). Əgər uşağınız hələ sərbəst ət yeyə bilmirsə, ət sümüklərdən təmizlənilir və dogranılır (əks halda əti bulyona bütöv tikə halında əlavə etmək olar), kartofun bişməsinə az qalmış ət və bütün doğranılıb hazır olan tərəvəzlər bulyona göndərilir. Bütün tərəvəzlər tam bişənə qədər bişirilir.  2 yemək qaşığı “Zeytun bağları” zeytun yağı və zövgə görə duz əlavə edilir.

Şorba hazırlanarkən, onunla yanaşı uşaqların sevdiyi krekerləri də hazırlamaq olar. Soba 200C-ə qədər qızdırılır. Çörəklər kub şəklində kəsilir, üzərinə duz, pul bibəri, müxtəlif quru otlardan ibarət ədviyyat və bir qədər zeytun yağı əlavə edilib, yaxşı qarışdırılır və sobaya qoyulur. Vaxtaşırı qarışdırılır, qızılı qəhvəyi olana qədər bişirilir. Şorba hazır olduqda süfrəyə krekerlə verilə bilər. Nuş olsun!