Sobada yerkökü kotleti (2 yaş+)

0
726
Sobada yerkökü kotleti 2 yaş uşaq

Yerkökü bol beta-karoten ehtiva edir. Bədənə qəbul edildikdə, beta-karoten A vitamini halına gəlir. A vitamini immunitet sistemini, sümükləri və dişləri çox gücləndirir. A vitamini saçların, dırnaqların, dəri və qaraciyərin sağlamlığını qorumaqla yanaşı xolesterolun azalması və ürək-damar xəstəliklərinin qarşısını alaraq, uşaqlarımızın gələcək sağlamlığına töhfə verir. Yerkökünün tərkibinə A vitaminindən başqa B, C, D, E, K vitaminləri, protein, natrium, manqan, kalium, sink, fosfor daxildir. Yerkökünün antibakterial əleyhinə xüsusiyyətini unutmamaq vacibdir. Bir orta yerkökü təxminən 33 kaloridir.

Sobada yerkökü kotleti üçün lazım inqrediyentlər:

  • 2 ədəd orta böyüklükdə yerkökü;
  • 1 ədəd alma;
  • 6-7 ədəd quru ərik;
  • Yarım stəkan su;
  • 3 yemək qaşığı manna yarması və ya un;
  • 2 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • 1 ədəd yumurta;
  • Zövgə görə duz.

Sobada yerkökü kotletinin hazırlanması

  1. Alma və yerkökü orta incə rəndədən keçirilir.
  2. Əvvəlcədən isladılmış quru əriklər doğranılıb, sarımsaq əzilməsindən və ətçəkən maşınından keçirilə bilər.
  3. Su qaynadılır və üzərinə rəndədən keçirilən kök, alma və quru ərik əzməsi elavə edilib, qarışdırılır. Yumuşalana qədər təxminən 10 dəqiqə qaynadılır.
  4. Ərzaq kütləsi yumşaq olduqda, üç qaşıq manna yarması və “Zeytun Bağları” zeytun yağı əlavə edilib, qarışdırılır və bir qədər soyudulur.
  5. Yerkökü kütləsi sərinləşdikdən sonra yumurta və manna və ya un əlavə edilib qarışdırılır.
  6. Yerkökü kütləsindən kotletlər düzəldilib, soba kağızı ilə örtülmüş qaba və ya silikon qaba yığılıb, 180 dərəcədə 20 dəqiqə bişirilir.
  7. Hazır olan yerkörü kotletlərini xama və ya yoqurt ilə vermək olar.

Nuş olsun!