Qaymaqlı yerkökü şorbası (1 yaş +)

0
549
Qaymaqlı yerkökü şorbası

Yerkökü bol beta-karoten ehtiva edir. Bədənə qəbul edildikdə, beta-karoten A vitamini halına gəlir. A vitamini immunitet sistemini, sümükləri və dişləri çox gücləndirir. A vitamini saçların, dırnaqların, dəri və qaraciyərin sağlamlığını qorumaqla yanaşı xolesterolun azalması və ürək-damar xəstəliklərinin qarşısını alaraq, uşaqlarımızın gələcək sağlamlığına töhfə verir. Yerkökünün tərkibinə A vitaminindən başqa B, C, D, E, K vitaminləri, protein, natrium, manqan, kalium, sink, fosfor daxildir. Yerkökünün antibakterial əleyhinə xüsusiyyətini unutmamaq vacibdir. Bir orta yerkökü təxminən 33 kaloridir.

Kök hissəsi acı olan yerkökünü istifadə etməyin. Yerkökü tərkibindəki bir çox vitamin və mineraldan əlavə, lif baxımından da dəyərlidir. ABŞ-da ən faydalı lif ehtiva edən ilk 20 qidanın arasındadır. Məlum olduğu kimi, yüksək lifli qidalar qəbizliyin qarşısını almaqda çox vacib rol oynayır. 

Yerkökü göz sağlamlığı üçün vacib vitaminlərlə zəngindir. Yerkökünün gecə görmə qabiliyyətini yaxşılaşdıra biləcəyi fikri, II. İkinci Dünya Müharibəsi dövründə başlayan bir söz-söhbətdən qaynaqlanır. İddia olunurdu ki, həmin vaxt əsgərlər gecə görmələrini yaxşılaşdırmaq üçün yerkökü yeyirdilər. O zamandan bəri aparılan tədqiqatların da faydalı olacağı ehtimal olunur. Ciddi vitamin çatışmazlığı gecə korluğuna səbəb ola bilər, buna görə yerkökü yemək xüsusilə qaranlıqda görməyə kömək edə bilər. Bununla birlikdə, miqdar şişirdilməməlidir. Əks təqdirdə, A vitamininin çox olması sarılıq və digər problemlərə səbəb ola bilər.

Qaymaqlı yerkökü şorbası üçün inqrediyentlər

  • 2-3 ədəd böyük ölçüdə yerkökü;
  • 1 ədəd soğan;
  • 1 ədəd kortof;
  • 2 stəkan ət bulyonu;
  • 1 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • Zövgə görə duz, karri ədviyyatı;
  • 100 ml qaymaq.

Qaymaqlı yerkökü şorbasının hazırlanması

  1. Soğan təmizlənib, xırda doğranıldıqdan sonra yumuşalıb şəffaf olana qədər zeytun yağında bişirilir.
  2. Kortof və kök təmizlənilib, kublara bölünür və yumuşaq olana qədər təxmini 20 dəqiqə bulyonda bişirilir.
  3. Tərəvəzlər bişdikdə soğan, duz və karri əlavə olunub 5 dəqiqə daha bişirilir.
  4. Qazan oddan götürülür, bir qədər sərinlədikdən sonra blenderlə püre halına gətirilir.
  5. Tərəvəz püresinə qaymaq əlavə olunub, odda qaynayana qədər saxlanılır. Qaynadıqda qaymaqlı yerkökü şorbası artıq tam hazır olacaq.