― Advertisement ―

Laktasiya dövründə ana üçün sağlam qidalanma

Laktasiya dövründə ana həm bədənindəki qida ehtiyatlarını tarazlıqda saxlamaq, həm də ifraz etdiyi südə uyğun gələn enerji, zülal, mineral və vitaminləri almaq üçün balanslı...

Pomidor şorbası (1 yaş+)

Orta ölçülü bir pomidor gündəlik C vitamini ehtiyacımızın 47% – ni və A vitamini ehtiyacımızın 22% -ni qarşılayır. Möhtəşəm deyilmi? Dəmir qəbulunu artırmaq istəyirsinizsə, pomidoru menyudan qaçırmamaq daha yaxşıdır. Tərkibindəki C vitamini sayəsində dəmir qəbulu artır. Pomidorun çeşidləri çoxdur və hamısının da bizə faydaları çoxdur. Körpələrə pomidor verərkən çox diqqətli olmaq lazımdır. Körpəniz üçün ilk yediyi ləzzətlərdən olmaması faydalıdır. Pomidorda olan turşu əvvəlcə körpəniz üçün bir az çox ola bilər. Bu turşu körpənizin ağız və ya budun ətrafında kiçik qızartı və ya səpki yarada bilər. Bişmiş pomidor bəzən həll yolu ola bilər. Bişmiş pomidor turşunu itirir, bu da səpkilərin meydana gəlməsinə mane olur. Üstəlik, bişmiş pomidor daha da faydalı olur. Bəzən pomidor körpələrdə allergik reaksiyalara səbəb ola bilər. Körpənin bir yaşına qədər pomidoru menyunuza əlavə etməməklə gözləyin.
Unutmayın ki, p
omidoru vaxtında yeməyə başlayan körpələrin əksəriyyətində problem olmur. Körpənizə pomidor verərkən, mövsüm boyunca təzə pomidor istifadə etdiyinizə əmin olun. Təzə mövsümi pomidor ilə pomidor şorbası, 1 yaşdan yuxarı körpələr üçün uyğun və qidalı yemək olacaqdır.

Pomidor şorbası üçün inqrediyentər:

  • 4 ədəd pomidor;
  • 1 ədəd soğan;
  • 1 diş sarımsaq;
  • 1 ədəd kök;
  • 2 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • 1 yemək qaşığı holland pendiri;
  • Zövgə görə duz.

Pomidor şorbasının hazırlanması

Təmizlənib, xırda doğranılan soğan rəngi şəffaf olana qədər qızardılır. Sonra üzərinə doğranılan yerkökü və sarımsaq əlavə edilib, yenidən bir neçə dəqiqə qızardılır və Üzərinə qabığı soyulmuş, doğranılmış pomidorlar və 1 stəkan su əlavə edilib, 5-7 dəqiqə bişirilir. Zövgə görə duzlanır və blenderdən keçirilir. Əgər yemək çox qatı olarsa, bir qədər isti su əlavə edib, qaynağa gətirilir. Süfrəyə verildiyi zaman rəndədən keçirilən holland pendirini əlavə edə bilərsiniz. Nuş olsun!

 

error: Alert: Content selection is disabled!!