Pendirli balqabaq şorbası (1 yaş +)

0
414
Pendirli balqabaq şorbası
Sağlam sümük inkişafı və güclü dişlər üçün kalsium vacibdir. Pendir kalsium və zülal anbarıdır, uşağınız süd yemirsə, ehtiyac duyduğu kalsiumu digər qidalardan ala bilər. Kalsium brokkolidə də mövcuddur, ancaq bir dilim pendirdə olan kalsium miqdarı xeyli miqdarda brokolidə olan kalsium miqdarına bərabərdir. Unutmayın ki, gənc yaşda sümüklərdə saxlanan kalsium bütün ömrü boyu istifadə olunur. Pendir kiçik bir uşaq üçün yaxşı bir protein və fol turşusu mənbəyidir. Ayrıca A, B və D vitaminləri ilə də çox zəngindir.
Qidalanma dəyəri baxımından baxsanız, pendiri qatılaşdırılmış süd kimi düşünə bilərsiniz. 30 qr pendirdə olan kalsium və zülalı, uşağınız 200 qr süd içərək ala bilər.
Süddən fərqli olaraq, qatıq və pendir körpəyə 6-cı ayından etibarən verə bilərik. Körpələr laktozaya görə inək südünü həzm etməkdə çətinlik çəkirlər. Süd, qatıq və pendirə çevrildikdə, onun tərkib quruluşu dəyişir və laktoza parçalanır. Buna görə də bu problem yox olur. Ancaq körpənizdə laktozaya qarşı həssaslığı varsa, pendir verərkən diqqətli olmaq hələ də faydalıdır. Çünki fərqli pendir növlərində müxtəlif miqdarda laktoza ola bilər.
Hər pendirin qidalanma dəyəri eyni deyil. Məsələn, çeddar pendirində ağ pendirdən daha çox kalsium və protein var.
Körpəniz, pendirin xüsusi dadına görə onu hələ sevməyə bilər. Pendiri birbaşa qidalandıra bilmirsinizsə, müxtəlif reseptlərə pendir qoya bilərsiniz. Körpəniz tədricən bu şəkildə pendir dadına alışacaq.
Pasterizə olunmamış pendirdən və hər növ süd məhsullarından uzaq durun. Xüsusilə tətil zamanı mənbəyini bilmədiyiniz süd məhsulları verməməyə diqqət edin.
6 aylıq körpəyə pendir verməyin ən böyük riski duzdur. Körpələrin dad və sağlamlıq baxımından çox duza məruz qalmaması çox vacibdir. Körpəyə verdiyiniz ağ pendir duzlu olarsa, bir qədər suda isladaraq verə bilərsiniz və ya daha az duzlu pendir növlərinə üstünlük verə bilərsiniz. Körpələrin dad və sağlamlıq baxımından çox duza məruz qalmaması çox vacibdir.

Pendirli balqabaq şorbası üçün inqrediyentlər

  • 300 q balqabaq;
  • 1 ədəd soğan;
  • 1 ədəd kartof;
  • 1 ədəd yerkökü;
  • 100 q qaymaq;
  • 50 q ağ pendir;
  • 2 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • Zövgə görə duz.

Pendirli balqabaq şorbasının hazırlanması

  1. Təmizlənmiş soğan xırda doğranılır, kök isə incə rəndədən keçirilir.
  2. Soğan və kök tavada qapağı bağlı vəziyyətdə zeytun yağında qızardılır.
  3. Kartof və balqabaq xırda doğranılıb, qazana əlavə olunur və üzərinə çıxana qədər su əlavə edilib bişirməyə qoyulur.
  4. Kortof bişdikdə tavada hazırladığımız qovurmanı qazana əlavə edib, 5 dəqiqə daha qaynadılır.
  5. Yemək əl blendirindən keçirilib, püre halına gətirilir.
  6. Hazır olan püreyə qaymaq, pendir, duz əlavə edilir və pendir tam həll olana qədər qarışdırılaraq, bişirilir.
  7. Bişdikdən sonra süfrəyə verdikdə, üzərinə çox xırda doğranılan şüyüt və ya quru nanə əlavə etmək olar.