Çox uşaqlar duru yeməyi sevmir, lakin xırtıldayan suxari ləzzətli noxudlu toyuq şorbasından heç bir uşaq imtina etməyəcəkdir. Məktəbəqədər müəssisələrdə müəllimələr bu xüsusi şorbanın ən sevimli olduğunu qeyd edirdilər. Tərkibi çox miqdarda təbii zülal, vitamin və minerallarla zəngin olan noxud böyüməkdə olan bədən üçün çox faydalıdır.
Bu şorbanı hazırlamaq, işləyən və ya məşğul ana üçün kifayət qədər asandır, burada bəzi incəlikləri bilmək kifayətdir. Bu şorba Multivarkada hazırlanır, amma sadə qazanda da hazırlamaq olar.
Multivarkada noxudlu toyuq şorbası üçün inqrediyentlər:
- 50 qr toyuq filesi;
- 4 yemək qaşığı doğranılmış noxud;
- 1 ədəd kök;
- 1 ədəd soğan;
- 1 ədəd kartof;
- 2 yemək qaşığı “Zeytun bağları” zeytun yağı;
- Quru nanə və ya xırda doğranmış şüyüd;
- Zövgə görə duz;
- 1 ədəd dəfnə yarpağı.
Multivarkada noxudlu toyuq şorbasının hazırlanması
Noxud gecədən və ya 5-6 saat əvvəldən isladılır sonra su şəffaf olana qədər soyuq su ilə yaxşı yuyulur. Toyuq filesi kublara kəsilir, suda bişirilir (ilk bulyon istifadə olunmur). Kartof böyük kublara kəsilir ki, sonda kartofların əzilmasi üçün rahat çıxarılsın. Kök incə rəndədən keçirilə və ya xırda doğranıla bilər. Soyulmuş soğan bütöv halda istifadə olunur. Multivarkaya bütün hazırlanan tərəvəzlər, file, duz, dəfnə yarpağı, yağ qoyulur və üzərinə 1,5 lt su əlavə edilib, “Тушение” (stew) rejimində 1-2 saat ərzində bişirilir. Bişmədən 15 dəqiqə əvvəl kartoflar götürülüb, əzilir və yenidən şorbaya əlavə edilir. Sonda bütöv soğan çıxarılır. Bütöv soğan çıxarılır. Bu vaxt ərzində xırtıldayan suxari hazırlamaq olar. Çörək parçaları kiçik kublara kəsilib quru bir tavada qızılı qəhvəyi olana qədər qızardılır və kərə yağı əlavə edərək, daha 3 dəqiqə yaxşı qarışdırırlır. Hazır şorba bu cür suxari ilə daha dadlı olacaqdır. Nuş olsun!