Uşağın ən sağlam qida ilə təmin etmək istəyən analar, körpə inkişafı üçün lobyanın nə qədər lazım olduğunu və qida rasionuna nə zaman daxil edə biləcəyini araşdırırlar. Əlbəttə ki, uşaqlar lobya yeməlidirlər. Əsas şərt, valideynlər lobyanı körpə qidasına düzgün şəkildə daxil etməlidirlər. Bədən üçün lazım olan bütün qida kompleksi lobya toxumalarında vardır. Boş yerə lobya bitkisinin qidalanma dəyəri ət ilə müqayisə edilmir, burada lobya ətdən yalnız (2%) aşağı yağ tərkibi ilə fərqlənir. Lobya, hər hansı bir səbəbdən ət və süd yeməyən uşaqlar üçün xüsusilə vacib bir protein və dəmir mənbəyi hesab olunur.
Bütün paxlalı bitkilər kimi lobyanın tərkibində dəmir, sink, yod, kalsium, karbohidratlar; A, E, B1, B2, B9, PP və s. vitaminləri var. Tərkibində lif və antioksidan maddələri olan lobya yeməkdə qəbul olunan zərərli maddələrin bədəndən xaric olmasına imkan yaradır. Lobya yeyən körpənin bagırsağında qazın yığılması nəticəsində körpədə ağrılar və qəbizlik yarana bilər. Bunun üçün mütəxəssislər körpənin menyusuna lobyanı en tez 8 aydan sonra əlavə edilməsini məsləhət edirlər. Lobya hazırlamadan en azı 5-6 saat öncə isladıldıqda, qaz yaratma problemi olduqca aşağı düşəcəkdir. Bundan başqa lobya yeməklərinə nanə əlavə etdikdə, bağırsaqlarda qazın yığılmasına maneə yaradacaq.
Lobya şorbası üçün inqrediyentlər
- 1 yetişmiş pomidor,
- 1 ədəd kiçik kortof,
- 1 ədəd kiçik soğan,
- 2-3 qaşıq lobya,
- 1 yaşıl bibər,
- 2 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı,
- 2 stəkan toyuq bulyonu,
- Zövgə görə duz.
Lobya şorbasnın hazırlanması
Soğan xırda doğranılıb, zeytun yağında şəffaf olana qədər qızardılır və soğanın üzərinə doğranmış pomidor əlavə edilib, 5 dəqiqə bişirilir. Daha sonra təmizlənmiş, kub şəklində doğranılan kortof, kök və bütov halda biber əlavə olunub 5-10 dəq bişirilir. Ən azı 5-6 saat əvvəldən islanmış lobya süzülür və qazana əlavə edilib, 5 dəqiqə daha bişdikdən sonra bulyon və zövgə görə duz əlavə edilib, 20-25 dəqiqə lobya tam bişənə qədər bişirilir. Bişmiş lobya şorbasından bütöv bibər alınır. Körpənizə verdiyiniz zaman istənilən göyərtini xırda doğrayaraq, üzərinə əlavə edə bilərsiniz. Nuş olsun!