― Advertisement ―

Laktasiya dövründə ana üçün sağlam qidalanma

Laktasiya dövründə ana həm bədənindəki qida ehtiyatlarını tarazlıqda saxlamaq, həm də ifraz etdiyi südə uyğun gələn enerji, zülal, mineral və vitaminləri almaq üçün balanslı...
Ana səhifəUşaq 1-5 yaşYemək reseptləriKlyarda gül kələmi (2 yaş +)

Klyarda gül kələmi (2 yaş +)

Gül kələmi – yüngül bir pəhriz məhsuludur. Zərifliyi və qeyri-adi dadına görə sevilir. Ancaq hər kəs gül kələmini ləzzətlə bişirməyi bacarmır. Güllərinin böyüklüyünə görə bəzən onları daha çox bişirirlər. Gülkələmini bu cür bişirmək səhvdir. Üstəlik, aşırı bişirilən gül kələmi yalnız kiçik uşaqlar üçün püreyə uygundur. Klyarda bişirilən gül kələmi xüsusilə ləzzətlidir.

Klyarda gül kələmi üçün inqredyentlər:

  • 200 qr gül kələmi;
  • 2 ədəd yumurta;
  • 2 yemək qaşığı un;
  • 3,4 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • Zövgə görə duz.

Klyarda gül kələminin hazırlanması

Gülkələminin hazırlanması iki əsas qaydaya əsaslanır: “qaynar su”, “3 dəqiqə”. Gülkələmini qaynadacağınız duzlu su mütləq qaynamalıdır – bu ilk qayda. Su yaxşı qaynadıqda, gülkələmi yuyulub ( kələmi digər tərəvəzlər kimi sirkəli suda yuyulması məsləhətdir), təmizlənib qaynayan suya qoyulub 3 dəqiqə qaynadılır. Bundan sonra sudan çıxarılıb, suyu süzülməyə və soyumağa qoyulur. Gülkələminin qızardılmasını asanlaşdırmaq üçün bıçaqla iki hissəyə kəsmək olar. Beləliklə, gülkələminin bir tərəfi düz olacaq və klyar tavaya tökülməyəcəkdir. Əgər gülkələmini bütöv halda qızartmaq istəyirsizsə, o zaman dərin qazana artıq yağ tökərək, qızarda bilərsiniz. Bu cür kələm hərtərəfli qızarır.

Klyar, yumurta un və duz qarışımından hazırlanır. Gülkələminin hər bir dilimi ayrıca bu qarışıma batırılır və əvvəlcədən isidilmiş yağlı tavaya qoyulub hər tərəfi qızardılır. Od orta dərəcədə olmalıdır ki, kələm dağılmadan tez qızarsın. Əlavə yağı götümək üçün kələmləri mətbəx salfetinin üzərində 5 dəqiqə saxlamaq kifayət edəcək. Bu yemək müstəqil bir yemək kimi və ya qarnir kimi təqdim edilə bilər. Nuş olsun!

error: Alert: Content selection is disabled!!