Kabaçok püresi (9 ay +)

0
876
Kabaçok püresi

Kabaçok körpəyə verilən ilk qıdalardan biridir. Yumuşaq toxuma və aşağı alergik quruluşuna görə 6 aydan başlayaraq körpələrə veriləcək ilk qidalar arasındadır. Kabaçok qısa bir zamanda buxarda bişirilir və çəngəlin köməyi ilə asanlıqla əzilir. Kabaçok ilə müxtəlif yemək reseptləri hazırlana bilər. Körpəniz kilolu bir körpədirsə, kabaçok rasionunda asanlıqla yerini ala bilər. Çünki qidalanma dəyəri çoxdur amma daha az kalorilidir. Ancaq körpənizin həzm problemləri olan bir körpədirsə, kabaçoku tanıtmaq üçün səkkiz ayı gözləməyinizdə fayda var.

Körpənizdə ishal problemi varsa, ona kabaçok verməyin. Kabaçok ishalı daha da artıra bilər. Ancaq qəbizliklə qarşılaşmısınızsa, rahatlıqla körpənin menyusuna əlavə edin. Birdə, kaboçukun tərkibində oksalat deyilən bir maddə var ki, böyrək və öd kisəsi problemləri olanlar üçün yaxşı hesab olunmur. Körpənizə kabaçok verməzdən əvvəl həkiminizlə məsləhətləşməniz doğru bir qərar olar.

Unutmayın ki, kabaçok dərhal hazırlanmayacaqsa, onu yumayın. Soyuducuda yuyulmadan saxlayın. Ancaq yemək hazırlayarkən, bol su ilə yumaq lazımdır. Yuyulan kabaçokları soyuducuda saxladıqda daha tez keyfiyyətini itirir.

Kabaçok püresi üçün inqrediyentlər:

  • 2 ədəd kabaçok;
  • 1 ədəd soğan;
  • 1 diş sarımsaq;
  • 100 ml qaymaq;
  • 2 yemək qaşığı “Zeytun Bağları” zeytun yağları;
  • 1 çay qaşığı limon suyu;
  • Zövgə görə duz.

Kabaçok püresnin hazırlanması

Qazana zeytun yağı elave edib, kublara doğranılan kabaçok, xırda doğranılan sarımsaq və  soğan əlavə edilir. Bu tərəvəzlər qapağı bağlı vəziyyətdə 5-10 dəqiqə bişirilir. Sonra üzərinə çıxana qədər qaynar su əlavə edib, 10 dəqiqə bişirilir. Bişən tərəvəzlər blenderdən keçirilərək, püre halına gətirilir və qaymaq, duz əlavə edilib qarışdırılır və qaynatmadan, qaynağa gətirilir. Sonra limon suyu əlavə edilib, yaxşıca qarışdırılır. Kabaçok püresi artıq hazırdır. Nuş olsun!