― Advertisement ―

Laktasiya dövründə ana üçün sağlam qidalanma

Laktasiya dövründə ana həm bədənindəki qida ehtiyatlarını tarazlıqda saxlamaq, həm də ifraz etdiyi südə uyğun gələn enerji, zülal, mineral və vitaminləri almaq üçün balanslı...
Ana səhifəUşaq 1-5 yaşYemək reseptləriDüyülü pomidor şorbası (2 yaş +)

Düyülü pomidor şorbası (2 yaş +)

Şorba hər mövsümdə məşhur və populyar bir yeməkdir. Xüsusilə, düyülü pomidor şorbasını həm hazırlamaq asandır, həm də sağlamlıq üçün dəyərlidir. May-sentyabr ayları arasında mövsümi olan pomidoru bol yemək lazımdır.

Düyülü pomidor şorbası məlum allergiyası olmayan 2 yaşdan yuxarı sağlam uşaqlara verilə bilər. Bunun üçün uşaq həkiminizlə məsləhətləşməniz, diqqətli olmanız şərtdir.
Pomidor, aşağı kalorili və karbohidratlı bir tərəvəzdir. Pomidorun karbohidrat dəyəri liflərdən qaynaqlandığı üçün faydalı bir karbohidratdır. Pomidorun tərkibində C, A, K, kalium kimi vitamin və minerallar var. Pomidor güclü sümüklər və dişlər, yaxşı bir immunitet sistemi üçün vacibdir. Pomidor dəmirin yaxşı udulmasına kömək edir. Ayrıca, qan təzyiqinin düşməsinə, qan laxtalanmasına və kaliuma kömək edən K vitamininin çox yaxşı bir mənbəyidir. Bununla birlikdə, konservləşdirilməmiş təzə pomidorlardan istifadə edin, çünki konservləşdirilmiş qidaların tərkibində natrium miqdarı çox ola bilər.

Düyülü pomidor şorbası üçün inqrediyentlər:

  • 3 ədəd yetişmiş pomidor;
  • 2 stəkan qaynar su;
  • 1 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • 1 yemək qaşığı kərə yağı;
  • 1/2 stəkan yumuru düyü;

Zövgə görə duz.

Qeyd: İçərisinə su ilə birgə 2-3 yemək qaşığı ət bulyonu da əlavə etmək olar.

Düyülü pomidor şorbasının hazırlanması:

Qabıqları soyulmuş pomidor rəndədən keçirilir. Pomidor, kərə yağı əlavə olunmuş tavayada bəzən qarışdırılaraq orta istilikdə 15 dəqiqə bişirilir. Pomidorun köpüyü azaldıqda sonra su əlavə edilir. Su qaynadıqda düyü tökülüb, qarışdırılır. Düyü yumşaq olduqda, “Zeytun Bağları” zeytun yağı və duz əlavə edilib qarışdırılıb, kənara çəkilir. Uşağınız yeyirsə, üzərinə incə doğranmış cəfəri qoya bilərsiniz. Nuş olsun!

error: Alert: Content selection is disabled!!