Qırmızı ətdə olan dəmirin başqa bir xüsusiyyəti də asanlıqla mənimsənilməsidir. Heyvan qidalarında olan dəmir, mərcimək kimi bitki mənşəli dəmirdən daha asan mənimsənilir.
Körpəniz qırmızı ətin dadını bəyənmirsə, narahat olmayın, başqa zaman bir daha cəhd edin, ancaq israr etməyin. Analar adətən 9 aya yaxın ətdən daha yaxşı nəticələr əldə etdiklərini söyləyirlər. 9 aylıq körpənin qarşısına qoyduğunuz küftələri asanlıqla yediyində, çox güman ki, ətdən xoşlandığına qərar verəcəkdir.
Pendirli şorba üçün lazım inqrediyentlər:
- 100 qr qırmızı ət və ya toyuq filesi
- 1 ədəd yumurta,
- 1 ədəd sarımsaq,
- 1 ədəd soğan,
- 1 ədəd yerkökü,
- 3 xörək qaşığı incə verməşil,
- 100 qr ərinmiş pendir,
- 2 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı.
- Zövgə görə duz,
- Şüyüt.
Pendirli şorbanın hazırlanması:
Çəkilmiş ətə yumurta, rəndədən keçirilmiş sarımsaq ilə qarışdırılır və duz əlavə edilib, yaxşı qarışdırılır. Hazır qiymədən kiçik küftələr hazırlanılır. Qazana zeytun yağı və incə doğranmış soğan əlavə olunub, 5-10 dəqiqə qızardılır. Rəndənin incə gözündən keçirilmiş yerkökü qazana əlavə edilib, bir qədər qızardılır. Sonra 1 litr su əlavə olunub, qaynağa gətirilir. Əvvəlcədən hazırlanan küftəciklər qaynayan suya əlavə olunur. Küftələrin ölçüsündən asılı olaraq 5-10 dəqiqə qaynadılır. Küftələr pişdikdə verməşil əlavə olunub 10-15 dəqiqə bişirilir. Sonra pendir əlavə edilir və həll olunana qədər qarışdırılır. Pendir tam həll olduqda, çox xırda doğranmış şüyüd əlavə olunub, qazanın qapağı bağlanıb, oddam götürülür. Pendirli şorba artıq hazırdır. Nuş olsun!