Tərəvəz şorbaları uşaq qidası üçün çox faydalıdır, lakin bir qayda olaraq uşaqlar onları yeməyi çox sevmirlər. Bəzi uşaqlar bu məsələdə o qədər prinsipialdır ki, sevmədikləri tərəvəzləri boşqabdan çıxarmayana qədər yeməzlər. Ancaq, söhbət ananın bütün ailə üçün hazırladığı və uşaqların da müxtəlifliyə ehtiyac duyduğu adi şorbalardan gedir. Qeyri-adi bir qabda yemek verdikdə və ya gözəl bir xidmət ilə təəccübləndirdikdə, boşqab boş olacaqdır. Multivarkada bişirilən şorbaların üstünlükləri, tərəvəzlərin dağılmadan bütöv qalması və şorbaların parlaq rənglərinin saxlamalarıdır. Bulyon şəffaf qalır, buna görə yeməyi estetik baxımdan xoş və gözəl görünür. Tərəvəz şorbasına qeyri-adi bir inqrediyent əlavə etsəniz, yemək uşaqlar üçün daha da maraqlı olacaq.
Noxudlu tərəvəz şorbası üçün inqrediyentlər
- 3 yemək qaşığı noxud,
- 1 ədəd kök,
- 1 ədəd pomidor,
- yarım bolqar bibəri,
- 1 ədəd kartof,
- 1 ədəd kiçik soğan,
- 2 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı,
- 1 ədəd dəfnə yarpağı,
- kiçik dəstə cəfəri və şüyüt
- Zövgə görə duz.
Noxudlu tərəvəz şorbasının hazırlanması
Gecədən islanan noxud, süzülür, yuyulur və multivar qazanına əlavə edilir. Soğanı sonda yeməkdən rahat götürmək üçün təmizlənib, bütöv qoyulur. Bundan başqa qazana xırda kublara doğranan kartof, pomidor, bolqar biberi, dəfnə yarpağı, xırda rəndədən keçirilən yarım kök əlavə edilir. Digər yarım kökü kublara və ya misal üçün ulduz kimi fiqurlara doğranıb, qazana əlavə edilir. Üzərinə 2-3 stəkan su əlavə edilib, “Şorba” proqramı seçilir. Noxudlu şorba bişirildikdən sonra zövgə görə duz və yağ əlavə edilir. Süfrəyə çəkildikdə, xırda doğranan cəfəri və şüyüt əlavə edilir.