Brokoli ilə toyuq kotleti (1+)

0
594
Brokoli ilə toyuq kotleti
Uşaq qidasında toyuq əti yüksək zülal dəyəri olan qidalardan biridir. Bir sözlə, toyuq əti uşağın sağlam böyüməsi, məktəb həyatında uğur qazanması və aktiv həyatında tez yorulmaması, fiziki və zehni inkişafı üçün zəruri olan qidalardan biridir. Zülal, niyə bu qədər vacibdir? Böyümə və inkişaf, bədən hüceyrələrinin sayının artması ilə baş verir. Bədən hüceyrələrinin əksəriyyəti zülaldan ibarətdir və bu hüceyrələr daim dəyişir və yenilənir. Bədən kifayət qədər zülal almırsa, məhv edilmiş hüceyrələr yenilənmir.
Uşaqlarda zülal ehtiyacı yalnız toxumaların yenidən qurulması üçün deyil, həm də yetkinlərdə olduğu kimi bədənin böyüməsi və inkişafı üçün vacibdir. Buna görə uşaqlara gündəlik ehtiyaclarına uyğun keyfiyyətli zülal verilməlidir. Heyvan mənşəli zülallar keyfiyyətli zülallardır.
Yetərincə zülal, vitamin, mineral və Omega yağ turşuları qəbul etməyən uşaqlarda görülən əks təsirləri:
  • Böyümə və inkişaf yavaşlayır.
  • Tez-tez xəstələnir və sağalma prosesi daha uzun sürür.
  • Zehni inkişaf yavaşlayır, dərslərdə uğursuzluqlar müşahidə edilir.
  • Saç, dəri, dırnaq kimi toxumalar sağlam olmur.
  • Bədəndəki orqanlar vəzifələrini yerinə yetirmədikdə, pozulmalara məruz qala bilir.
  •  Aktiv həyatda enerjisizlik, yorğunluq və halsızlıq müşahidə edilir.

Toyuq əti proteinlə zəngin qidalardan biridir. Yağsız hesab olunan toyuq ətini çeynəmək və həzm etmək də asandır. Toyuq əti bol miqdarda istehlak edilə bilən ən vacib zülal mənbələrindən biridir. Bundan əlavə, toyuq əti yüksək bioloji əhəmiyyətə malikdir və B vitamini, dəmir, sink və fosforla da zəngindir.

Brokoli ilə toyuq kotleti üçün inqrediyentlər

  • 200 qram toyuq filesi,
  • 100 qram brokoli,
  • 1 ədəd kiçik soğan,
  • 1 ədəd yumurta,
  • 1 xörək qaşığı un,
  • 3 xörək qaşığı “Zeytun Bağları” zeytun yağı,
  • İstəyə görə duz.

Sous üçün

  • 3 xörək qaşığı xama,
  • 1 çay qaşığı quru narın və ya xırda doğranmış şüyüd.

Brokoli ilə toyuq kotletinin  hazırlanması

Toyuq filesi yuyulub, salfet ilə qurudulur. File, brokoli və soğan ət çəkən maşınından çəkilib, yumutra, un, duz əlavə edilib, qarışdırılır. Əllərinizi su ilə yüngülcə isladın və eyni böyüklükdə kotletlər hazırlayın. Yapışdırmayan tavada yağı qızdırıb, hazırladığınız kotletləri tavaya düzüb, qağağı bağlı şəkildə 10-15 dəqiqə kotlətlərin hər iki tərəfini qızardın. Sous üçün xama və nanə qarışdırılır. Hazır kotletləri körpənizə sous ilə verə bilərsiniz. Nuş olsun!