Çuğundur salatı (2 yaş +)

0
208
Çuğundur Salatı

Qırmızı çuğundur A, B, C və P vitaminləri ilə zəngindir. İştahaaçan və qidalandırıcı xüsusiyyətlərə malikdir. Tərkibindəki Rubidiyam həzmə müsbət təsir göstərir. Çuğundur fosfor, dəmir, mis, kalium, maqnezium, kalsium, brom, sink və manqanla zəngindir. Bu bitki immunitet sistemini gücləndirir və beta karotin və folatda zəngin quruluşu ilə qan istehsalını dəstəkləyir. Qırmızı çuğundurun suyu ən güclü qan düzəldicilərindən biridir. Kök suyu ilə qırmızı çuğundur suyu 1:1 nisbətində qarışdırılıb içildikdə, qısa müddətdə qırmızı qan hüceyrələrinin sayını artırır. Qırmızı çuğundurun qəbulu, xüsusilə infeksiyaların artdığı qış aylarında bədənin müqavimətini artırır. Bundan əlavə, qırmızı rəngdə olan bütün meyvə və tərəvəzlər kimi qırmızı çuğundur da yüksək antioksidan təsiri ilə uşaqlarımızın gələcəyinin, xüsusən xərçəngin qoruyucusudur.

Çuğundurun ən yaxşı bişirmə üsulları, sobada bişirmək və buxarlamaqdır. Buxarda bişirildikdə,  püre halına gətirmək daha asan olur. Bundan başqa, buxarlanma zamanı, çuğundurdakı beta karotinin pisləşməməsini təmin edir. Mütəxəssislər, 8 aylıq körpələri çuğundurla tanıtmaq üçün əlverişli olduğunu söyləyirlər. Ancaq tərkibindəki nitrat səbəbiylə həkiminizlə məsləhətləşmək faydalıdır. Güclü qidalanma quruluşuna görə, yemək miqdarınada fikir verilməlidir.

Çuğundur alarkən böyük olanları deyil, orta ölçülü olanları seçin. Onlar daha dadlı olacaqlar.
Mümkün qədər yarpaqları olan çuğundurlara üstünlük verin ki, uzun müddət daha təzə qalsınlar.

Çuğundur salatı üçün inqrediyentlər

  • 2 ədəd orta ölçülü çuğundur;
  • 1 ədəd soğan;
  • 2 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • Zövgə görə duz;
  • 2-3 yemək qaşığı su.

Çuğundur salatının hazırlanması

Soğan soyulur, təmizlənir və çox xırda doğranılır. Zəif oda yağ əlavə edilmiş tava qoyulub, üzərinə doğranmış soğan əlavə edilib, 3-5 dəqiqə qapağı bağlı vəziyyətdə bişirilir. Sonra üzərinə soyulub, təmizlənmiş, rəndənin böyük gözündən keçirilən çuğundur əlavə edilib, qapağı açıq veziyyətdə 3-4 dəqiqə bişirilir. Bundan sonra duz və su əlavə edilib, qapağı bağlı halda tam bişənə qədər 10-15 dəqiqə bişirilir. Bəzən qarışdırmaq mütləqdir. Bu salat, kartof püresi, ət və ya balıq kotleti ilə daha da dadlı olacaqdır. Nuş olsun!