Balıq şorbası (1 yaş +)

0
360
Balıq şorbası

Hər ana körpəsinin sağlam böyüməsini istəyir. Düzgün qidalanma sağlam bir həyat üçün çox vacibdir. Balıq isə vitamin və minerallarla zəngin faydalı qidalardan biridir.

Balıq və balıq yağında Omega3 olduğu üçün uşaqların beyninin inkişafına müsbət təsir göstərir. Müsbət təsirləri, uşağın konsentrasiyası və zəka inkişafında müəyyən edilmişdir. Omega-3ün bədəndə çatışmazlığı – depressiya, zəif yaddaş, öyrənmə zəifliyi, disleksiya, əsəbilik, diqqətsizlik və s. kimi problemlərə səbəb ola bilər.
Bundan əlavə, Omega 3 xolesterolu azaldır, ürək sağlamlığını qoruyur, allergiyanın qarşısını alır, göz sağlamlığını qoruyur və xərçəng əleyhinə təsir göstərir. Əgər uşaq balıq zülalına allergik deyilsə, balığı 12 aydan sonra menyuya kiçik porsiyalarla əlavə etmək tövsiyyə edilir. Əlbəttə ki, uşağınızın inkişafını izləyən həkimin tövsiyəsi vacibdir. Bundan başqa balıq fosfor, A və D vitamini, B qrupu vitaminləri, yod, yüksək keyfiyyətli proteini ilə zəngindir.
Ümumiyyətlə, dib balıqların əvəzinə səthə yaxın yaşayan balıqlar məsləhət görülür. Bir balıq nə qədər dərin yaşayırsa, daha böyüksə və uzunömürlüdürsə bədənində bir o qədər civə və ağır metal toplanır. Bu maddələr insan orqanizmi üçün zərərlidir.
Körpəniz üçün vəhşi somon, siyənək, sardina, çay balığı və forel daha təhlükəsiz hesab olunur.

Balıq şorbası üçün inqrediyentlər

  • 1 ədəd kartof;
  • 1 ədəd kök;
  • 1 ədəd soğan;
  • bir qədər şüyüt;
  • 1 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • Zövgə görə duz.

Balıq şorbasının hazırlanması

Qazana balıq qoyulur və üzərinə 1,5 stəkan su əlavə edilib, qaynağa qoyulur. Yaranan köpük yığılır. Balıq götürülüb, su süzülür. Suya təmizlənib, xırda kublara doğranılan kartof və kök əlavə olunub, 10 dəqiqə bişirilir. Sonra üzərinə çox xırda doğranılıb yağda rəngi şəffaf olana qədər qızardılan soğan və sümüklərdən təmizlənib və didilən balıq əlavə edilib, 5 dəqiqə daha bişirilir. Sonda xırda doğranılan şüyüd əlavə olunub, qapağı bağlanır və oddan götürülür. Nuş olsun!