Uşaqda utancaqlıq əlamətləri və uşağın sosiallaşma üsulları

0
48
Uşaqda utancaqlıq
Uşağınız izdihamlı mühitlərdən qaçır, ictimailəşməkdən qorxur, dost tapa bilmir? Bunun səbəbi uşaqda utancaqlıq ola bilər. Ancaq narahat olmayın, qorxaq uşağı ictimailəşdirmək o qədər də çətin deyil.
Bu yazıda, uşaqlarda utancaqlıq səbəbləri və utancaq uşağı sosiallaşdırma üsulları haqqında danışacayıq.

Uşaqda utancaqlığın səbəbləri nələrdir?

  • Valideynlərin həddindən artıq qoruyucu davranışı;
  • Uşağın özünə inamsızlığı;
  • Valideynlərin uşağı digər uşaqla müqayisə etməsi;
  • Valideynlərin uşağa şiddəti;
  • Uşağın valideynlərdən asılılığı;
  • Uşaq görünüşünü sevmir;
  • Valideynlərin passiv xarakterli olması və uşağın onları nümunə götürməsi kimi səbəblər uşaqlarda utancaqlıq səbəblərindəndir.

Uşaqda utancaqlıq əlamətləri hansılardır?

  • Dostlarının olmaması;
  • Dəvət olunan yerlərə getmək istəməmək;
  • İnsan çoxluğundan qaçmaq;
  • Gələcəkdə məktəbə getmək istəmir;
  • Yaxın qohumlarla danışmaqdan çəkinir,
  • Fəaliyyətlərdə iştirak etmək istəməməsi;
  • Dərslərdə cavabı bildiyi halda sualları cavablandırmamaq kimi əlamətlər uşaqlarda utancaqlıq əlamətlərindəndir.

Bu məqalə sizə marağlı ola bilər: Uşaqlarda sərbəstliyi necə aşalamaq olar?

Utancaq uşağı necə sosiallaşdırılmaq olar?

Utancaq uşaq əslində ünsiyyət qurmaq istəyir, amma qorxur. Buna görə kiçik dəstək ilə daha ünsiyyətcil olması təmin edilə bilər. Ancaq vəziyyət artıq sosial fobiyaya çevrilibsə, bu mərhələdə mütləq psixoloji dəstək lazımdır.
Hələ bu vəziyyətə gəlməmiş, bir az utancaq uşağı daha sosial hala gətirmək üçün əsas üsullar haqqında danışacağıq.

  • Əvvəla, onun bu vəziyyətini ona təkrarlayaraq, etiketə çevirməməlisiniz. “Nə utancaq uşaqsan!” kimi sözləri təkrarlamaq, həqiqətən də uşağın ağlında belə olduğu və bu vəziyyətin daim qalıcı olacağı fikrini artırır.
  • Hansısa bir mühitdə uşaqda utancaqlıq hiss olunursa, onu insanlarla danışmağa məcbur etməməlisiniz və əsla əsəbləşməməlisiniz.
  • Ona nümunə olmalısınız. Əgər siz çəkingən və qorxaraq hərəkət etsəniz, uşağınız da belə davrana bilər. Buna görə daha ünsiyyətcil olmalısınız.
  • Xüsusilə uşağınızın qorxa biləcəyi bir mühitə getdiyiniz zaman əvvəlcə onu məlumatlandırmalı və maraqlandırmalısınız. Orada əyləncəli insanların olduğunu, eyni yaşda uşaqlarla əylənə biləcəyini izah edib, həyəcanlandırmalısınız.
  • Bir proqram hazırlanacaqsa, fikirlərini soruşmalısınız. Əgər özünü daha rahat hiss edəcək bir təklifi varsa, onu tətbiq edə bilərsiniz. Bu cür münasibət onun fikrinin ciddiyə alındığını hiss etdirəcək.
  • Onu bir anda izdihamlı mühitlərə aparmaq əvəzinə kiçik kollektivlərdən başlaya bilərsiniz. Məsələn, əvvəlcə bir dostunuzu evə dəvət edə bilərsiniz. Sonra həmin dostunın evinə getməsini təmin edin. Uşağın öz mühitində daha rahat hiss edə bilməsi üçün əvvəlcə dostunun evinizə gəlməsi daha məqsədə uyğundur.
  • Hər mərhələdə ona kömək etməməlisiniz. Əlbətdə çətinlik çəkən məsələlərə kiçik təşviq edə bilərsiniz. Bununla yanaşı, onun öhdəsindən gələ biləcəyi işlərdə kömək etmək,  əlaqənizn tamamilə bağlanmasına səbəb olacaq. Kiçik çətinliklərin və ya qorxuların öhdəsindən özünün gəlməsini təmin edin.
  • Uşağınızın neleri xoşladığını və nələri sevdiyini yaxşı bilməlisiniz. Sosiallaşacağı mühitdə sevdiyi şeylərin olması, onda özünə inam bəxş edəcək.
  • Ona edə biləcəyi işləri verin ki, müvəffəq olduqda, özünə inam hiss etsin. Özünə güvənən uşaqlar həyatda daha ünsiyyətcil olurlar. Çiçəkləri sulamaq, zəng gələn ev telefonuna cavab vermək kimi öhdəlikləri özü edə bilər.
  • Onun sosial bacarıqlarını sınamalı və qiymətləndirməlisiniz. Uğurlarının qarşılığını görən uşaq cəsarətlənə bilər.
  • Onu daim həvəsləndirə bilərsiniz. Edə bilməyəcəyi bir işin qarşısında “Təslim olma, sən bacaracaqsan, sən edə bilərsən!” kimi sözlərlə ona dəstəkləməniz, özünə inamlı olmasına və əlindən gələni edəcəyinə kömək edə bilər.
  • Daim onunla danışaraq, istədiyini öyrənməyə çalışın. Onunla ünsiyyətiniz güclü olsun ki, sizə hər şeyi söyləsin.