Hiperaktiv uşağın tərbiyəsi

0
2057
Hiperaktiv uşağın tərbiyəsi
Young boy jumping in mid-air

Əli, 1 dəqiqə belə yerində oturmur? Fikri dağınıq Hüseyn, tərbiyəçiləri artıq təngə gətirib? Aynur həmyaşıdları ilə heç cür münasibət qura bilmir? Hiperaktiv uşağın tərbiyəsi necə olmalıdır. Əgər bu hallar sizə tanışdırsa, deməli oxumağa dəyər.

Hiperaktivlik 95% hallarda irsən təyin olunan əlamətdir. Çox aktiv və hiperaktiv uşaq arasında böyük fərq vardır. İlk və ən vacib məsləhət: təxminlərə və ya fərziyyələrə əsaslanmayın, hiperaktivliyin müəyyənləşdirilməsi üçün ixtisaslı mütəxəssislərə müraciət edin.
Uşaqlarda hiperaktivlik – beyin funksiyasında psixofizioloji bir pozğunluq əlamətidir ki, oğlan uşaqlarında qızlara nisbətən 4 dəfə daha çox rast gəlinir. Hiperaktivliyin əsas əlamətləri diqqətsizlik və yaddaş problemləridir. Belə bir uşağın beyni informasiyanı çətinliklə qəbul edir. Hiperaktiv uşaqlar fikirlərini uzun müddət bir yerə fokuslandıra, hərəkətlərinə nəzarət edə bilmirlər. Onlar hər zaman səbrsiz, narahat, impulsiv olmaları ilə fərqlənirlər. Adətən hiperaktiv uşağın əlamətləri özünü daha aydın 2-3 yaşda göstərməyə başlayır. Lakin, çox zaman valideynlər, uşağın məktəbə getdiyi zaman tedrislə yaranan problemlərin nəticəsində həkimə müraciət etməyi düşünürlər.

Hiperaktivliyin ümumi əlamətləri:

  • səbrsizlik, narahatlıq;
  • impulsivlik, emosional qeyri-sabitlik, ağlağanlıq;
  • davranış qaydaları və ya normaları inkar etmək;
  • yuxu problemləri;
  • danışma prosesinin ləngiməsi və s.

Bütün bu əlamətlərin olması həkim-nevropatoloqa müraciət etmək üçün əsas səbəbdir. Həkim, hiperaktiv uşağın sakitləşməsinə, uşağınızın cəmiyyətə uyğunlaşmasına kömək edəcək.

Hiperaktiv uşaqlar məktəbdə

Əgər sinifdə hiperaktiv bir uşaq oxuyursa, onun hiperaktivlik əlamətləri onun diqqətsizliyində, səbirsizliyində və dərslərə tez bir zamanda marağının itməsində özünü göstərə bilir. Bu uşaqların oxu və yazı qabiliyyətləri, adətən, həmyaşıdları ilə müqayisədə daha zəif olur və bu da aşağı qiymətləndirməyə səbəb olur. Uşaq fikrini dərslərə cəmləşdirə bilmir və ev tapşırıqlarını həvəssiz edir. Çox vaxt, həssas və impulsiv olma səbəbinə görə hiperaktiv uşaqlar kollektivə yaxşı uyğunlaşmırlar, onlara sinif yoldaşları ilə ortaq bir dil tapmaq çətin olur. Əgər uşağınız məktəbdə və ya evdə sizlə birlikdə dərsləri etməyə çətinlik çəkirsə, uşaq psixoloqu ilə məsləhətləşməniz faydalı olar.

Hiperaktiv uşağı necə sakitlşdirmək olar?