Yerkökü şorbası (9 ay +)

0
305
Yerkökü şorbası

Doqquz aylıq körpələr şorbaları çox rahatlıqla yeyə bilərlər. Əgər püre olaraq hazırlayırsınızsa, blenderden istifadə məsləhət edilmir. Çəngəl ilə əzməniz kifayət edəcək. Yerkökü digər portağal meyvesi kimi bol beta-karoteni ehtiva edir. Bu A vitamini deməkdir. A vitamini gözləri, immunitet sistemini, sümükləri və dişləri gücləndirir. Saçların, dırnaqların, dərinin və qaraciyərin sağlamlığını qorumaqla yanaşı, A vitamini uşaqlarımızın xolesterolu ilə sağlam yaşamalarına və ürək-damar xəstəliklərinin qarşısını almasına kömək edəcəkdir. Lakin, çox miqdarda yeyilərsə, dəridə sarılıq yarana bilər.

Yerkökü şorbası üçün inqrediyentlər

  • 3 ədəd böyük ölçüdə yerkökü,
  • 1 ədəd kortof,
  • 1 ədəd soğan,
  • 1 stəkan sadə su + 1 stəkan ət bulyonu,
  • 1 çay qaşığı “Zeytun Bağları” zeytun yağı,
  • Zövgə görə duz.

Yerkökü şorbasının hazırlanması

  1. Qazana zeytun yağı və xırda doğranılan soğan əlavə edilir.
  2. Soğanın rəngi şəffaf olmağa başlayanda təmizlənib xırda doğranılan yerkökü və kartof əlavə edilib, 4-5 dəqiqə qarışdırılaraq bişirilir.
  3. Su, bulyon və zövgə görə duz əlavə edilib, tərəvəzlər tam bişənə qədər qapağı bağlı halda təxmini 20-25 dəqiqə bişirilir.
  4. Pişirildikdən sonra bir qədər blendervə keçirib, körpənizə verə bilərsiniz. Daha az su istifadə edərək onu püre olaraq da hazırlaya bilərsiniz. Püre halda olduqda, yalnız bir taxta çəngəl ilə tərəvəzləri əzməyiniz kifayət edəcək.

Qeyd: Uşağınız südə allergik deyilsə və ya 1 yaşdan yuxarıdırsa, yaşlı uşaqlar üçün şorbanı ocaqdan götürməzdan əvvəl adi süd əlavə edərək süd ilə bişirmək olar. Südü əlavə etmədən əvvəl şorbadan 1 kasa alaraq süd ilə qarışdırılır. 1 stəkan süd kifayət edəcək. Budarada süd bulyonu əvəz edəcək.