Gül kələmi püresi (9 ay +)

0
1641
Gül kələmi püresi resepti (9 ay +)
Gül kələmi ən sağlam tərəvəzlərdən biridir və brokoli kimi həlimlidir. 85% sudan ibarətdir və çox az karbohidratlar, protein və yağ ehtiva edir. Ancaq vitaminlər, minerallar, antioksidantlar və digər fitokimyəvi maddələrlə çox zəngindir.
Gül kələmi, brokoli kimi vitaminlərin anbarıdır. Bir stəkan gül kələminin tərkibində körpənizi gücləndirəcək A vitamini, C vitamini və hətta kalsium var. Gül kələminin sinirləri sakitləşdirməsi haqqında da hər zaman deyilir.
Gül kələmi bişirərkən xoşagəlməz qoxular bütün evə yayılır. Bunun səbəbi gül kələmindəki kükürdlü birləşmədir. Ancaq gül kələminin faydalarını nəzərdən keçirdikdə, bu ətirə məmuniyyətlə dözəcəksiniz.
Çünki, gül kələmi infeksiyalara qarşı gücləndirici bir qidadır. Tərkibində ferul turşusu var. Bu onu antibakterial bir qida halına gətirir. Ferul turşusu ağır metalları da özünə çəkərək, bədənimizdən çıxarır.

Gül kələminin başqa bir faydalı maddəsi kolindir. Kolin sağlam beynin inkişafında mühüm rol oynayan B vitaminidir. Aydındır ki, hamiləlik dövründə kolin istehlakı, fetusun beyin fəaliyyətinə böyük fayda gətirir və tədqiqatlar göstərir ki, bu maddə öyrənmə və yaddaşı yaxşılaşdırır.
Lakin, onu da bilməlisiniz ki, həddən artıq gül kələmi qəbulu yod çatışmamazlığına səbəb ola bilər. Gül kələmi, brokkoli kimi körpənizin ilk qidalarında olmamalı bir qidadır. Qaz yaratdığı üçün onu 9 aydan sonra menyusuna az miqdarda əlavə etməklə verə biləriniz.
Unutmayın ki, Gül kələmi alarkən yaşıl yarpaqlılara üstünlük verin. Bu yarpaqlar gül kələmini uzun müddət təzə saxlayacaqdır.

Gül kələmi püresi üçün inqrediyentlər:

  • 50 ml qaymaq;
  • 1 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • 2-3 damcı limon suyu.

Gül kələmi püresinin hazırlanması

Duzlu suda tam bişənə qədər qaynadılır. Bişmə zamanı gül kələmini necə doğramanızdan asılıdır. Suyu süzüb, zeytun yağını və qaymağı əlavə edib, el blenderindın püre halına gələnə qədər keçirilir. Püre hazırdır. Nuş olsun!