― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəKörpə 0-1 yaşYemək reseptləriPərpətöyün yeməyi (9 ay +)

Pərpətöyün yeməyi (9 ay +)

Əziz analar, körpəniz üçün Omega 3-ün əla mənbəyini axtarırsınızsa, doğru tapmısınız. Çünki pərpətöyün ən yüksək Omega 3 olan tərəvəzlərdən biridir. Bu o deməkdir ki, körpənizin immunitet sistemini gücləndirmək üçün süfrənizdən əksik etməməyiniz gərəkdir. Pərpətöyün, ölkəmizdə bol böyüyən, A, B1, B2, B6, C, E, nikotinik turşu, beta karotin, riboflavin, folat vitaminləri, xüsusən K, Ca, Fe, Mg, Na, P, Cu, Zn və Mn mineralları ilə zəngin bir bitkidir. 

Antioksidan vitamini kimi qəbul edilən bol A və C vitaminləri olan pərpötöyün, bu xüsusiyyəti ilə əla tərəvəz kimi tanınan ispanaqdan belə daha çox antioksidan təsiri göstərir.
İçərisində çox miqdarda olan A vitamini, antioksidantdır və gözlərimiz üçün çox faydalıdır. Müxtəlif göz xəstəliklərində terapevtik təsir göstərir. A vitamini dəri quruluşumuz üçün də lazımdır.
Tərkibindəki C vitaminin köməyi ilə immunitet sistem güclənir. C vitamini sayəsində bağırsaqlarda olan dəmir rahatlıqla sorulur və bu da anemiyanın qarşısını alır.
İçindəki omega3, qanda xolesterolu azaldır.
Mədə və bağırsaq xəstəlikləri üçün faydalıdır. Bağırsaqları yumşaldır və mədə yanmasını rahatlaşdırır. Şiş inkişafına və xərçəngin yayılmasına mane olur.
Mütəmadi olaraq Omega 3 qəbul etmək konsentrasiya və yaddaş problemlərinin qarşısını alır. Öyrənmə və yaddaş inkişafına daha sürətli müsbət təsir göstərir. Pərpətöyün, xüsusilə, inkişaf dövründə olan uşaqlara tövsiyə olunur.
Ümumiyyətlə, pərpətöyünü xam halda yemək tövsiyə olunur. Xam halda olan pərpətöyün tərkibində daha çox vitamin, mineral və omega3 istehlak olunur. Pərpətöyün qatıq ilə də yeyilə bilinir. Unutmayın ki, yaşıl yarpaqlı tərəvəzlərdən hazırlanan yeməklər həmin gün yeyilməlidir.

Pərpətöyün yeməyi üçün inqridiyentlər:

  • 1 dəstə pərpətöyün;
  • 1 ədəd pomidor;
  • 1 ədəd soğan;
  • 2 xörək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • 1 xörək qaşığı düyü.

Pərpətöyün yeməyinin hazırlanma qaydası:

Tavaya zeytun yağı ilə xırda doğranmış soğan, rəngi dəyişənə qədər 3-4 dəqiqiə biçirirlir. Sonra üzərinə xırda doğranmış pomidorlar əlavə olunub, az odda 5-6 dəqiqə bişirilir.
Pomidor bişirildikdən sonra içərisinə təmizlənmiş, yuyulmuş və xırda doğranmış pəpətöyün əlavə olunur. Pərpətöyün suyunu buraxdıqda yarım saat müddətində suda saxlanılan düyü əlavə olunur. Bişməsindən asılı olaraq, çox az miqdarda su əlavə etmək lazım ola bilər. Düyü tam bişənə qədər az atəşdə bişirilir. Üzərinə qatıq əlavə edərək, körpənizə verə bilərsiniz.

error: Alert: Content selection is disabled!!