Südlü ağ lobya şorbası (11 ay +)

0
432
Südlü ağ lobya şorbası
Körpə qidalanmasında analar paxlalı yeməklərdən çəkinirlər. Xüsusilə, quru lobya körpədə qaz yaratdığı üçün onu menyudan uzaq tuturlar. Quru lobyaya ilk qida kimi üstünlük verilmir. İlk qida kimi lobya körpəmizdə həzm problemi yarada bilər. Ancaq həzm problemi olmayan körpənin qida rasionuna blenderlə əzilmiş lobya, 11-ci aydan etibarən yavaş-yavaş əlavə edilə bilər. Digər paxlalı bitkilər kimi, quru lobya bişirmədən əvvəl ən azı 6-7 saat suda saxlanılmalı, sonra suyu süzülməli və yemək bişirmə zamanı yaranan köpüyü alınmalıdır. Bu islatma prosesində lobyanın qaz yaratma ehtimalı azalır.

Südlü şorbaların hazırlanması üçün dibi qalın olan xüsusi qazan lazımdır. Qazana süd tökmədən əvvəl soyuq su ilə durulasaz, süd dibdə yanmayacaqdır.

Südlü ağ lobya şorbası üçün inqrediyentlər

  • 3 yemək qaşığı ağ lobya;
  • 1 ədəd soğan;
  • 1 yemək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • 1 yemək qaşığı evdə hazırlanan tomat pastası və ya 1 ədəd pomidor;
  • 2 stakəkan süd;
  • 1 stakan su;
  • yarım çay qaşığı quru nanə;
  • Zövgə görə duz.

Südlü ağ lobya şorbasının hazırlanması

Dərin qazana lobya qoyulur, üzərinə 1 stəkan süd və 1 stəkan su əlavə edilərək 1 gecə saxlanılır. Səhər bu qarışım süzülür üzərinə 1 stəkan süd əlavə edilib, ocaq üzərində yumuşalana qədər bişirilir. Qaynayan zaman yaranan köpük yığılmalıdır. Kənarda tavada incə doğranmış soğan rəngi şəfaflaşana qədər qızardılır və sonra tomat pastası əlavə edilərək, daha 2-3 dəqiqə bişirilir. Bişirilən soğan və duz lobyaya əlavə edilib, 10 dəqiqə daha bişirilir. Hazır şorba əl blendirindən keçirilir.  Süfrəyə verdiyinizdə, üzərinə quru nanə əlavə edə bilərsiniz.