Qurudulmuş meyvə buxarda hazırlanan kiçik xırdalanmış meyvədir, onlar çox faydalıdır. Bu meyvədən xüsusi üsulla hazırlanan kompot, uşaq orqanizmi üçün bütün vitaminlərini saxlayır. Bu kompot 7+ ay uşaqlar üçün uyğundur.
Qurudulmuş meyvələrdən kompot resepti
Lazımdır:
3 ərik qurusu, 3 qara gavalı qurusu, kişmiş və 1 təzə alma.
- Meyvə quruları yaxşı yuyulur və yumuşaq olması üçün bir qədər suda saxlanılır.
- Alma qabıqdan təmizlənir və bişirilən zaman yumuşalması üçün xırda nazik hissələrə kəsilir.
- Meyvələri qazana töküb, qaynayana kimi idda saxlayırıq. burada əsas olan kompotu qaynatmamaqdır. Yüksək tempiratur vitaminləri heç edir. Qaynama anında oddan alırıq və qapağı bağlı vəziyyətdə 20 dəqiqə saxlayırıq.
- Sonra kompotu süzürük. Üzümü çıxardırıq, o artıq bütün vitaminlərini kampota buraxmışdır. Digər meyvələri gavalı, ərik və almanı blenderlə xırdalayıb, yenidən qazana kompota tökürük.
- İndi yenidən kompotu süzürük, lakin bu dəfə meyvəni süzgəcdə sürtükki, bərk hissələri getsin. Bu cür bol meyvəli kompotumuz hazırdır.