Pendirli brokoli Şorbası resepti (9 ay+)

0
228
Pendirli brokoli Şorbası zeytun bağları

Ana südündən ayrılan körpəlik dövründən sonra immunitet sisteminin problemsiz işləyə bilməsi üçün sağlam, vitamin və antioksidantlar baxımından zəngin bir qidalanma əsas şərtdir. Bağçada və ya fərqli oyun meydançalarında bir-biri ilə sıx təmasda olan uşaqlar, xəstəliklərə daha çox meyllidirlər.

Sağlam qidalarla, xüsusən də zeytun yağı ilə qidalanan uşaqların digərlərinə nisbətən daha müqavimətli olması bir həqiqətdir. Zeytun yağı, uşaqların tez-tez xəstələnməsinin və allergiya təhlükəsinin qarşısını alır. Bundan başqa, zeytun yağı bağırsaqları işlədərək, uşaqlarda böyük bir problem ola bilən qəbizliyin qarşısını alır.

 Pendirli brokoli şorbasının hazırlanması üçün inqrediyentlər:

  • 1 kiçik brokoli (təxminən 100 qram),
  • 100 qr ağ Feta pendiri,
  • 1 xörək qaşığı “Zeytun Bağları” zeytun yağı
  • 1 kiçik soğan,
  • 1 kiçik kartof,
  • 1:1 nisbətində yarım fincan ev bulyonu və təmiz su.

 Pendirli brokoli şorbasının hazırlanması qaydası:

  1. Yağ və kiçik kublara doğranmış soğanı qazana əlavə edin və qoxusu çıxana qədər qarışdıraraq, bişirin.
  2. Təmizlənib, kublara doğranmış kartofu əlavə edin və bişirməyə davam etmək üçün yenidən qarışdırın.
  3. Bulyon ilə suyu üzerini örtecek qədər əlavə edib, bütün tərəvəzlərin yumuşaq olmasına qədər orta odda pişirin.
  4. Doğranmış brokolini əlavə edib, 5 dəqiqə bişirin.
  5. Hazır olan yeməyin içine pendir əlavə etdikdən sonra əl blenderindən keçirə bilərsiniz.
  6. Duzunu dadına görə ayarlaya bilərsiniz.
  7. Bundan sonra yeniden 1-2 deqiqe qaynadıb, yeməyi tamamlayın.

Tərəvəzlər ümumiyyətlə uşaqlarda piylənməyə qarşı mübarizədə ən böyük köməkçimizdir. Brokoli tərəvəzi immun sistemi üçün çox vacib olan sink, selenium kimi minerallarla, C vitamini və A vitaminləri ilə zəngindir. Brokoli də kalsium və fol turşusunun yaxşı bir mənbəyi kimi tanınır. Fol turşusu immunitet sistemi üçün vacibdir, çünki ağ qan hüceyrələrinin istehsalı üçün vacibdir. Bundan əlavə, brokkoli xərçəngə qarşı çox təsirli fitokimyəvi maddələr ehtiva edir. Ağ pendirin reseptə daxil olması, şorbanı kalsium baxımından daha da gücləndirir. Ümumiyyətlə uşaqlar üçün buxarda hazırlanmış, zeytun yağlı və limonlu salatların yeyilməsi məsləhət görülür. Əlbəttə ki, ailəlikcə bu dəyərli tərəvəzlərdəndən faydalanmaq daha məqsədyönlüdür.