Noxud şorbası (1 yaş +)

0
208
Noxud şorbası uşaqlar üçün

Dadlı və çox zəngin olan noxud şorbası çoxları tərəfindən sevilən bir yemək hesab olunur. Müxtəlif yaşdakı uşaqlar da bu ətirli şorbadan imtina etməyəcəklər. Lakin onların həzm sistemi noxud yeməklərinin bir çox versiyasının öhdəsindən gəlmək üçün hələ hazır deyil, buna görə də onlar üçün şorbanı xüsusi bir şəkildə bişirmək daha uyğundur. Bu şorbanın bişirilməsi asan, dadı isə iştahaçandır. Körpə uşaqlar üçün noxud şorbası çox az yağlı bulyonda (dana əti və ya toyuq əti) bişirilir. Şorbanı hazır bulyonda və ya sadəcə təmiz süzülmüş suda bişirmək olar.

Bir yaşından kiçik uşaqlar üçün noxud şorbaları tövsiyə edilmir. İki ilə qədər noxud tədricən verilir, noxud gecədən yaxşı isladılmalı və miqdarı az olaraq başlanılmalıdır. Yaxşı isladılmış noxud, həll bişdiyi üçün körpənin bədəni asanlıqla həzm edə bilir və şorba faydalı olur. Uşaq şorbalarına ədviyyatlar və hisə verilmiş ətlər əlavə etməyin.

Noxud şorbası üçün inqrediyentlər

  • 100 qr toyuq filesi;
  • Yarım stəkan quru sarı noxud;
  • 1 ədəd kartof;
  • 1 ədəd kök;
  • 1 ədəd soğan;
  • 2 xörək qaşığı “Zeytun Bağları” zeytun yağı;
  • 1 litr su;
  • Duz.

Noxud şorbasının hazırlanması

Noxudu daha sürətli bişirmək və yumuşaq etmək üçün yuyulmuş noxud 2-3 saat suda isladılır. Uşaqlara nahar üçün noxud şorbası hazırlamağı planlaşdırılırsa, noxud səhərdən isladılır. Yuyulub, kiçik kublara bölünən toyuq filəsi qazana qoyub, üzərinə soyuq su əlavə edib, orta odda bişirməyə qoyulur. Yaranan köpük təmizlənməlidir. Bütün köpük çıxarıldıqdan və bulyon təmiz olduqdan sonra noxud sudan süzülür və qazana əlavə edilir. Bulyon yenidən qaynadıqda, noxuddan çıxan köpük çıxarılır, az odda qapağı bağlı halda təxminən 40 dəqiqə bişirilir. Şorba çox qaynamamalıdır. Bu zaman tərəvəzlər hazırlanır. Kartofu kiçik kublara, soğan isə 2 hissəyə bölünür. Kök rəndənin kiçik gözündən keçirilir. Noxud tam həll olumuş halda bişdikdə, şorbaya tərəvəzləri əlavə edilir və odu bir qədər qaldırıb, kökdən yığılan köpüyü yığıb və 15 dəqiqə bişirməyə davam edilir. Kortof bişibsə, yarı bölünmüş soğanlar yeməkdən çıxarılıb, yağ və istəyə görə duz əlavə edib, 3-5 dəqiqə qaynadılır. Nəzərə alın ki, duz tökmədən də şorba yeterincə dadlıdır. Körpələrinizə nuş olsun!