Uşaqların inkişaf dövrlərində tərəvəz və meyvələr qədər paxlalı bitki növlərinə də ehtiyacı olur. Ancaq analar paxlalı bitkilərin uşaqda qaz yaradacağı qorxusundan, çox bu bitkilərdən istifadə etmirlər. Halbuki, doğru şəkildə hazırlanarsa, uşağınız bu ərzaqları da problemsiz bir şəkildə yeyəcəkdir. Körpələr üçün faydalı ərzaqlardan biri də noxuddur. Daşıdığı beta karoten, zülal, müxtəlif
Noxud püresi resepti
Lazım olanlar:
- 1 ədəd kiçik boy kartof
- 2 yemək qaşığı noxud
- 1 xörək qaşığı süd
- 1 xörək qaşığı zeytun yağı
Noxudları bir gecə əvvəldən suda saxlamağınız lazımdır. Bu mərhələdə tez-tez noxudun suyunu dəyişdirsəniz, noxud püresinin körpədə qaz yaratmasını əngəlləmiş olarsınız. Sonra noxudları kartof ilə birgə qazanda qaynadın. Pörtənmiş kartof və noxudun içərisinə süd ilə zeytun yağını əlavə edərək, blender-dən keçirin. Əgər uşağınızın yaşı 1 yaşdan azdırsa, ana südü elavə etmək olar. Hazırladığınız püre qatı bir konsistensiyadadırsa, daha sulu bir konsistensiya etmək üçün az miqdarda ilıq su da əlavə edin.


