Manna yarmalı tərəvəz şorbası (1 yaş+)

0
114
Manna yarmalı tərəvəz şorbası (1 yaş+) yemek resepti

Protein baxımından zəngin olan bu qida olduqca faydalıdır. Buna görə də, manna yarmasının faydaları sadalandıqda, tərkibində olan yüksək protein quruluşu həmişə əsas olaraq, qeyd olunur. Əlavə olaraq, tərkibindəki karbohidratın yüksək miqdarı, manna yarmasının yaxşı bir enerji mənbəyi olmasına bir işarətdir. Xüsusilə, inkişaf mərhələsində olan uşaqların qidalanması tövsiyə olunur.

Maqneziumla və liflə zəngin olan bu qida insana doyumluluq hissi verir. Bundan başqa, tərkibində çoxlu dəmir mineralları da vardır. Dəmir anemiyası olanlar üçün vacib bir mineraldır. Dəmir sayəsində qan içində oksigen daşıyan hemoglobin daha təsirli işləyir.
Manna yarması, həmçinin ürək və böyrək sağlamlığı üçün çox faydalıdır. Manna yarmalı tərəvəz şorbası qış ayları üçün çox gözəl bir reseptdir. Körpənizdə qaz problemi varsa, bu şorbanı içirdikdən sonra yatmaq əvəzinə körpənizi oyaq saxlayıb, hərəkətdə olmasına şərait yaradın. Beləliklə, körpəniz qazını rahatlıqla çıxaracaqdır.

Manna yarmasının bu qədər faydalı olmasına baxmayaraq, onu əks göstərişləri də vardır. Buna görə də, mütəxəssislər manna yarmasını ən azı həyatının ilk ilinə qədər olan körpələrə tövsiyə etmirlər. Bir ildən sonra, bağırsağın normal işləməsinə və ferment sisteminin yetkin olmasına baxmayaraq, bu qidanı tədricən körpə menyusuna (ən çox həftədə bir dəfə olmaqla) daxil edilə bilər.

Manna yarmalı şorbası üçün inqrediyentlər:

• 1 kiçik kasa qədər gül kələm (100 qr),
• 1 ədəd yerkökü,
• 3 xörək qaşığı manna yarması,
• 1 stəkan su,
• 1 çay qaşığı “Zeytun Bağları” zeytun yağı.

Manna yarmalı şorbanın hazırlanma qaydası:

Qazana təmizlənmiş doğranmış yerkökü, gül kələmi, su və manna yarması əlavə olunur və tərəvəzlər yumuşana qədər qarışdırılaraq, bişirilir. Tam bişirildikdən sonra əl blendirindən keçirib, 1 çay qaşığı zeytun yağını əlavə edin. Şorbanı körpənizə ilıq şəkildə verə bilərsiniz.
DİQQƏT: Bu şorbanın, 1 yaşdan yuxarı uşaqlar üçün daha dadlı olması üçün içərisinə soğan, bir çimdik duz və limyon əlavə edilə bilər.