― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəKörpə 0-1 yaşYemək reseptləriİspanaqlı düyü resepti (10 ay +)

İspanaqlı düyü resepti (10 ay +)

İspanaq qışın dəyərli tərəvəzlərindən biridir. Tərkibində nitrat olduğundan, 6-9 aylıq körpələr üçün yalnız ispanaq tövsiyə edilmir, ancaq tərəvəz şorbasına 1-2 yarpaq ispanaq elavə etmək olar. Təxminən 9-10 aydan sonra vaxtaşırı yalnız ispanaq verilə bilər. İspanağı çox yaxşı yumaq vacibdir. Bundan əlavə, yaşıl yarpaqlı tərəvəzlərlə hazırlanan qidalar ertəsi günə saxlanılmadan yeyilməlidir.

İspanaq A, C və E vitaminlərinin, dəmir və kaliumun yüksək mənbəyidir. Antioksidan xüsusiyyətləri ilə qış günlərində daha faydalı olduğu hesab olunur. Körpənizin ispanaq yediyi günlərdə nəcisi tünd rəngdə ola bilər, bu normaldır. Bu qidalı maddələrlə zəngin olan ispanağın kalorisi azdır. Bu səbəblə ispanaq piylənməyə qarşı olan bir bitki hesab olunur. İspanaq uşaqlar üçün çox faydalı bir qida mənbəyidir. Yalnız süd və süd məhsullarında tapıldığı düşünülən kalsium, ispanaqda da var. İspanaq liflə zəngin olduğu üçün qəbizliyin qarşısını almağa kömək edir.

İspanaqlı düyü yeməyi üçün inqrediyentlər:

• yarım dəstə ispanaq,
• 1 orta boy soğan,
• 3 xörək qaşığı “Zeytun Bağları” zeytun yağı,
• 3 xörək qaşığı düyü,
• 1 pomidor və ya 1 xörək qaşığı evdə hazırlanan tomat pastası.
Qeyd: Bu yeməyə ət qiyməsi də əlavə etmək istəyirsizsə, 100 qram (təxmini 2 xörək qaşığı) qiymə kifayətdir.

İspanaqlı düyü yeməynin hazırlanma qaydası:

Soğan xırda doğranılır və zeytun yağında az od üzərində rəngi dəyişənə qədər qovrulur. Bundan sonra üzərinə pomidor və ya tomat pastası əlavə olunur. Bu mərhələdə qiyməli ət hazırlayırsınızsa, qiyməli ət yaxşı bişənə qədər soğan ilə qızardılmalıdır. Sonra doğranmış ispanaq və düyünü əlavə edin. Düyü əvvəlcədən 1 saat müddətində suda saxlanılmalı və süzülmüş halda əlavə olunmalıdır. Yeməyi bişirərkən ispanaq sulanmazsa (ispanaq növünə görə fərqli ola bilər), yarı və ya 1 fincan su əlavə edə bilərsiniz. Qapağı bağlı şəkildə az atəşdə bişməyə qoyun. Bəzən qarışdırmağı unutmayın. Düyü tam bişdikdə yeməyiniz artıq hazırdır.

error: Alert: Content selection is disabled!!