― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəKörpə 0-1 yaşYemək reseptləriDarı yarmasıyla tərəvəz şorbası 1.5 +

Darı yarmasıyla tərəvəz şorbası 1.5 +

Darı yarmasıyla tərəvəz şorbasının hazırlanması sadə, dadı ləzətli və doyumludur. Lakin, darı yarması, kobud sellülozla zəngin olduğu üçün kiçik üşaqların mədələri üçün ağır ola bilər.

Darı yarmasıyla tərəvəz şorbası

Buna görə də, 1.5 yaşlı uşaq üçün bu şorbanı rahatlıqla hazırlaya bilərsiz. Darı yarması, bağırsaqlara normal və düzgün işləməyə imkan verir, maddələr mübadiləsi prosesini sürətləndirir. Şorbanın hazırlandığı tərəvəz bulyonunda çox faydalı vitaminlər və maddələr varki, uşağın inkişafı və normal böyüməsi üçün mütləqdir.

Lazımdır:

  • Orta yerkökü – 1 ədəd
  •  Kartof – 2 ədəd
  •  Balaca soğan – 1 ədəd
  •  Darı – 50 100 q
  •  Göyərti – zövgə görə
  •  Duz
  •  Su

Hazırlanması:

  1. Oda suyu qoyun. Təmizlənmiş, xırda doğranmış kartofu qazana salın.
  2. Diqqətlə yuyulan darını, kartofa əlavə edin.
  3. Soğanı mümkün qədər narın doğrayın, şorbaya qoyun.
  4. Təmizlənmiş yerkökünü xırda kubiklərlə və ya nazik uzunsov doğrayıb, digər tərəvəzlərə bişməyə əlavə edin.
  5. Şorbanı duzlayın və vam odda 15-20 dəqiqə bişirin.
  6. Hazırlanma başa çatdıqdan sonra hər qaba 1 qaşıq zeytun yağı və üzərinə zövgə gorə göyərti əlavə edə bilərsiz.
error: Alert: Content selection is disabled!!