İlk əvvəl balıq təzə və keyfiyyətli, dəridən sümüklərdən yaxşı təmizlənməlidir. Balıq şorbası 11+ aydan sonra məsləhətdir.
Balıq şorbasının resepti
Lazımdır:
50 q balıq filesi, 1/3 soğan, 1 kök, 1 st su, 20 qr kərə yağı, şüyüt, duz
- Soğan və kökü yuyyub, təmizləyib, nazik doğramaq lazimdır. Sonra bu tərəvəzləri 1 qazana qoyub üzərinə su töküb, hazır olana qədər bişirmək lazımdır.
- Balıq filesini xırdalayıb həmən tərəvəzə əlavə edərək 15 dəq bişirmək lazımdır. Hazır olandan sonra ocaqdan götürülür və əl blenreri ilə xırdalanır.
- Hazır şorbaya yağ və şüyüd əlavə olunur.


