Avropa kulinariya saytlarında 6 aylıq uşaqlar üçün avokado püreləri çox populyardır. Bizim üçün isə avokado – ekzotikadır. Uşaqlar üçün avokadodan kartof, banan və ya yunan qabağı (kabaçok) ilə püre hazırlanır. Avokado vitaminlərlə, xüsusilə E və S vitamini ilə zəngindir. Populyar olmağına baxmayaraq, pediatr ilə məsləhətləşin ki, sizin uşağınıza avokado olarmı.
Avokado ilə yunan qabağı püresi 6+
Lazımdır:
50 qr – yunan qabağı (kabaçki), 1/2 – avokado.
- Yunan qabağı yuyulur, təmizlənir və xırda doğranır. 100 ml suda ağzı bağlı qazanda 10 dəq bişirilir. Sonra sudan çıxarılıb soyudulur.
- Bu müddət ərzində avokada yuyulur, iki hissəyə bölünüb, tumu çixarılır. Avokadonın yarısı çəngəllə əzilir.
- Yunan qabağı püresinə əzilmiş avokado əlavə olunur və yaxşı qarışdırılır. Pürenin yumuşaq olması ücün yunan qabağı bulyonu əlavə oluna bilər.