Alma Balqabağ püresinin hazırlanması

0
944
alma balgabag puresi

Alma Balqabağ püresi ən faydalı pürelərdən biri hesab olunur.  Bu püreni hazırlamaq çətin deyil və hər kəs bu işin öhdəsindən gələr. Yadda saxlamaq lazımdırki, almalar yerli və bir az turş, su isə filtrələnmiş təmiz olmalıdır.

Alma Balqabağ püresi – Resept

Lazımdır:

400 qr balqabağ, 500 qr alma, 100 ml su, yarım ç.q şəkər tozu

  1. Balqabağqabıqdan tumlardan təmizlənib, kiçik hissələrə bölünür. Üzərinə su əlavə edilir və 10 dəq qapağı bağlı vəziyyətdə bişirilir.
  2. Təmizlənmiş doğranmış alma əlavə olunur.
  3. Hazır olana qədər təxmini 10-12 dəq bişirilir.
  4. Əl blenreri ilə xırdalanır.
  5. Üzərinə şəkər tozu əlavə olunur və qaynayana qədər 4-5 dəq qarışdırırıq.

Balacalarımıza nuş olsun!