Uşaqlarda anemiya qorxunc səslənir, elə deyilmi? Ancaq əslində qarşısı alınan və müalicə edilməsi asan bir xəstəlikdir. Bununu üçün uşaqlarda anemiya probleminin qarşısını necə alacağınızı və nəyə diqqət etməli olduğunuzu bilməlisiniz.
Anemiya (qanazlığı) – bədənin orqan və toxumalarına oksigen daşıyan qırmızı qan hüceyrələrindəki hemoglabininin kifayət etməməsi deməkdir. Ümumiyyətlə, bu vəziyyət bəzi xəstəliklər və vəziyyətlər səbəbindən inkişaf edir. Zamanla müxtəlif simptomlarla özünü büruzə verməyə başlayır.
Anemiya (qanazlığı) – bədənin orqan və toxumalarına oksigen daşıyan qırmızı qan hüceyrələrindəki hemoglabininin kifayət etməməsi deməkdir. Ümumiyyətlə, bu vəziyyət bəzi xəstəliklər və vəziyyətlər səbəbindən inkişaf edir. Zamanla müxtəlif simptomlarla özünü büruzə verməyə başlayır.
Uşaqlarda anemiyanın səbəbləri
Dəmir çatışmazlığı körpələrdə anemiyanın ən vacib və ən çox yayılmış səbəbidir. Gənc uşaqlar kifayət qədər dəmir ala bilmirlərsə, qısa müddətdə anemiya yaşaya bilərlər. Çünki, dəmir hemoglabinin istehsalı üçün zəruri komponentdir. Bundan əlavə, vitamin çatışmazlığı anemiyanın səbəblərindən biridir.
Körpə 1 yaşından tez inək südü içməyə başlarsa və anasüdündən yeterincə faydalanmazsa, əlavə qidaya başlaması ilə bərabər dəmir tərkibli qidaları qəbul etməzsə, dəmir çatışmazlığı və anemiya ilə qarşılaşa bilər.
Anemiyanın digər səbəbləri:
- Çölyak xəstəliyi,
- Güclü burun qanaması,
- Uzun müddət davam edən ishal,
- Bəzi dərmanlar anemiyaya səbəb ola bilər.
- Bundan əlavə, hamiləlik dövründə kifayət qədər dəmir almayan və ya dəmir çatışmazlığı olan qadınların körpələrində də dəmir çatışmazlığı ola bilər.
Körpələrdə anemiya əlamətləri hansılardır?
- Solğun dəri: xüsusilə dodaqlarda, göz qapaqlarında və dırnaqlarda;
- Zəiflik;
- Tez yorğunluq;
- Nəfəs darlığı;
- Çarpıntı;
- Əllərdə və ayaqlarda şişlik;
- Anoreksiya;
- Hər zaman, hər səbəbə ağlamaq, bilməlisinizki, inkişaf etmiş anemiya bəzi inkişaf problemləri də yarada bilər.
Uşaqlarda anemiya diaqnozu necə qoyulur?
Anemiyaya diaqnoz qoymaq asandır. Yuxarıdakı simptomlardan bir neçəsi ilə həkiminizə müraciət etsəniz, problem qan testi ilə asanlıqla ortaya çıxır.
Körpələrdə anemiyanı necə müalicə etmək olar?
Anemiyanın bir çox növü var. Buna görə də tətbiq ediləcək müalicə anemiya növünə görə aparılır. Ancaq biz körpələrdə ən çox görülən anemiya növü olan dəmir çatışmazlığı anemiyasının müalicə üsulları haqqında danışacağıq. “Körpəmdə anemiya var!” deyə narahat olmayın, anemiya müalicəsi düşündüyünüz qədər çətin deyil!
Sirop və ya damla şəklində dərmanlar ümumiyyətlə anemiyası olan körpələr üçün həkim tərəfindən təyin edilir. Orta hesabla 3 ay davam edən bu müalicədə ilk əvvəl çatışmazlığı aradan qaldırmaq və sonra dəmir ehtiyatını doldurmaq məqsədi daşıyır.
Dərman müalicəsi ilə yanaşı təbii ki qidalanma da çox vacibdir.
- Mal əti və quzu qaraciyəri;
- Qırmızı meyvələr;
- Quru meyvələr;
- Yaşıl yarpaqlı tərəvəzlər;
- Kartof;
- Taxıl;
- Yumurta sarısı kimi qidalar dəmir çatışmazlığında böyük rol oynayır.
Körpələrdə anemiyanın qarşısını necə almaq olar?
- Körpənizə heç vaxt dəmir tərkibli qidalarla bərabər süd məhsulu verməməlisiniz. Çünki süd dəmirin udulmasına mane olur.
- Vitamin C dəmirin udma dərəcəsini artırır. Buna görə körpənizə dəmir dərmanı və ət yeməklərindən sonra bir stəkan portağal suyu verə bilərsiniz.
- Körpə 1 yaşdan kiçikdirsə, inək südü verilməməlidir.
- Körpələr üçün əlavə qida prosesinə mütləq dəmirlə zəngin qidalar əlavə edilməlidir.
- Əgər anada dəmir çatışmazlığı yoxdursa və düzgün qidalanırsa, ilk 6 ay ərzində əmizdirdiyi körpənin dəmir problemi olmaz.
- Əgər körpəniz suni qida ilə qidalanırsa, həkiminizin məsləhəi ilə dəmir əlavə edilmiş qidadan istifadə edilməlidir.
Unutmayın ki, hər hansı bir müalicədən ilk əvvəl mütləq həkim ilə məsləhətləşməli və onun tövsiyyələri diqqətə alınmalıdır!