Körpələr üçün əlavə qida: nə vaxt başlamaq lazımdır?

0
349
Körpələr üçün əlavə qida

Körpələr üçün əlavə qida nə zaman lazımdır? Körpələr ilk 6 ay ərzində D vitaminindən başqa, ehtiyacları olan hər şeyi ana südündən qarşılayırlar. Ancaq sonra körpələrin ehtiyacları artdığı üçün yalnız ana südü yetərli olmur. Buna görə də 6 aydan sonra, körpənin udma və çeynəmə kimi bacarıqlarının daha da inkişaf etməsindən sonra əlavə qidalara keçmək tövsiyyə olunur. Ana və körpələr üçün həm əyləncəli, həm də çətin olan əlavə qidaya keçmə dövrü, ana südünün azaldığı və körpəyə yetərsiz olduğuna görə ən çətin bir dövrdür. İlk 6 ay ərzində bütün ehtiyaclarını ana südündən alan körpədə bu müddətdən sonra dəmir və digər enerji ehtiyacları yaranır. Bu üzdən 6 ay sonra uşağın bütün ehtiyaclarını ödəmək və inkişafını sağlam bir şəkildə davam etdirmək üçün əlavə qidalara müraciət etmək lazımdır.

Körpəyə əlavə hansı qida ilə qidalanmalıdır?

Ana südündən sonra körpə daha konsistensiyalı və sıx qidalar ilə qidalanmaya başlamalıdır. Bunun ən böyük səbəbi isə gəyirmə refleksinin azaldılmasıdır. Qatıq, şirəli qidalar və şorbalar körpələrin yeyə biləcəyi tərzdə hazırlanmalıdır. Körpəyə ümumi süfrəsinin yeməkləri verilməməlidir. Ana südü aldığı dövrdə körpədə qəbizlik problemi meydana gəlməsə də, əlavə qidaya keçmə dövründə bu problem ilə qarşılaşma riski çox daha yüksək bir səviyyədədir. İntensiv konsistensiyalı qidalara alışan körpə, gələcək dövrlərdə daha qalın şəkildə kəsilmiş meyvə püresi yeməyə hazır olacaqdır. Əlavə qidaya keçid dövrü, xüsusi bir hal olmadıqda, ən erkən 6 ayda körpə üçün idealdır.

Əlavə qidaya keçid dövrünün 5 qızıl qaydası

  1. Təlaş etməyin! Uşağınız əbədi olaraq, ana südü ilə qidalanmayacaq. Vaxtı gələndə əlavə qidalara keçid edəcək.
  2. Şüurlu bir valideyn olaraq oxumalı və axtarmalısınız, internetdə çox sayda mənbələr var. Uşağınıza aid olan xüsusi məlumatları, diaqnoz və müalicəni öz pediatrınızdan alın. Əlavə qidaya keçid barədə həkiminizdən soruşmaqdan çəkinməyin.
  3. Əlavə yemək bir prosesdir və şübhəsiz ki, vaxt aparacaqdır. Körpənizi ən yaxşı siz tanıyırsınız, ailənizin ehtiyaclarını və istəklərini bilirsiniz. Bir çox körpə əlavə qidaya keçid siqnallarını verir. Məsələn; yeməyinizə diqqət yetirir, iyləyir, yeməyə çatmağa çalışır, bu siqnalları izləyin.
  4. Şişirtməyin. Körpənizin mədəsi kiçikdir. Ananın südü və ya süni qida hələ də həkiminizin göstərdiyi kimi əsas qidadır.
  5. Əlavə qidaya keçid prosesinə əvvəlcədən hazırlıqlı olun. Keçid prosesi başlayanda nə edəcəyinizi bilməniz çox vacibdir.