― Advertisement ―

Laktasiya dövründə ana üçün sağlam qidalanma

Laktasiya dövründə ana həm bədənindəki qida ehtiyatlarını tarazlıqda saxlamaq, həm də ifraz etdiyi südə uyğun gələn enerji, zülal, mineral və vitaminləri almaq üçün balanslı...
Ana səhifəKörpə 0-1 yaşKörpənin qidalanmasıSüdün saxlanması və qızdırılması

Südün saxlanması və qızdırılması

Analar işə başlamazdan aylar əvvəl süd yığmağa başlaya bilərlər. Bunun üçün elektrik və ya əl nasosları var. Ana çətin vəziyyətdə olsa belə, südünü əli ilə sağa bilir. Xüsusi saxlama torbaları və ya steril bankalar vasitəsilə bu südlər heç bir xüsusiyyətini itirmədən dərin dondurucuda 6 ay saxlanıla bilər. Hər sağımdan sonra torba/banka bağlanmalı və üzərinə xüsusi şüşə qələmlə sağım tarixi yazılmalıdır. Analar praktiklik üçün burada sağılan miqdarı da qeyd edə bilərlər. Sağılan süd soyuducuda 24 saat, otaq temperaturunda (əgər son dərəcə isti yay günü deyilsə) 1 saat saxlanıla bilər. Dondurulmuş ana südü qəhvə qabında və ya mikrodalğalı sobada qızdırılmamalıdır. Mikrodalğalı sobada isitmə, südün zülal və vitamin strukturunu məhv edə bilər və süd radial olmasa belə, radiasiyaya məruz qala bilər. Süd dondurucudan çıxarıldıqdan sonra otaq temperaturunda bir neçə saat əriməsinə icazə verilməli, sonra südün olduğu qabı ilıq suya qoyaraq, isitmək lazımdır. Ana südü bu şəkildə lazımi temperatura çatdıqda, şüşəyə köçürülərək, körpəyə verilə bilər. Əgər körpə içdiyi südü bitirməyibsə və ana südü şüşəyə tökmək istəmirsə, bu südü qısa müddətə soyuducuda saxlayaraq, maksimum yarım saat ərzində yenidən qızdıra bilər, lakin bu tövsiyə edilmir. İçilən südü daha uzun müddət saxlamaq və təkrar vermək düzgün deyil. Xüsusilə təkrar dondurma heç vaxt tövsiyə edilmir və sağlamlıq üçün uyğun deyil.

error: Alert: Content selection is disabled!!