C vitamini nədir?

0
1555
vitamin c usaqlar ucun

Vitaminlər – orqanizmin normal  həyat fəaliyyəti üçün vacib olan  bioloji aktiv maddələrdir. Orqanizim  vitaminləri ərzaq məhsullarından və  bağırsaqda  simbioz  vəziyyətdə yaşayan  mikroorqanizmlərdən alır.

C vitamini nədir?

C vitamini vitaminlərin ən geniş yayılmış  forması olub, orqanizmin inkişafında  və həyat fəaliyyətində yaxndan iştirak edən üzvi  maddədir. Beləki,  C vitamini- orqanizdə  maddələr mübadiləsinin bir çox kimyəvi və bioloji  proseslərində  yaxından iştirak edir. Vitamin C suda həll olan vitaminlər qrupuna aiddir.  Uşaqlarda  bu vitaminə  gündəlik  təlabat 50-78 mq,  böyüklərdə isə 75-100mq-r. Vitamin C  orqanizmdə sintez olunmur. Ona olan təlabatı almaq üçün  qida məhsullarından və vitamin preparatlarından istifadə etmək lazımdır.

Təsir gücü

Alimlərin  fikirlərinə  görə  bu vitamin soyuqdəymə ilə əlaqədar olan xəstəliklərin qarşısını alaraq  Iltihabi xəstəliklərin müalicə və profilaktikasında geniş istifdə olunur. Beləki,  virus  və  bakterial mənşəli infeksion xəstəliklərdə , intoksikasiyalarda, lor xəstəliklərində, gingivitdə, hemoragik enterokolitdə, qastrit, mədə xorası,miokardiodistrofiyalarda, hepatitdə,  ağciyər xəstəliklərinin və s. müalicəsində  yaxşı nəticə verir. Vitamin C  antioksidantdıt. Orqanizi bədəndə olan  zərərli  maddələr və  sərbəst radikalların təsirindən qoruyur. Alımlərin fikirinə görə  bu vitamin  insanlarda  vaxtından əvvəl  qocalmanın qarşısını alır, eyni zamanda  yaddaşın və eşitmənin yaşla əlaqədar zəifləməni  azaldır.

C vitamini hansı bioloji proselərdə iştirak edir?

  1. Maddələr mübadiləsinin tənzimində – zülal, amin turşu, yağ və karbohidrat mübadiləsində, fermentlərin əmələ gəlməsində, fəallaşmasında və sorulmasında, öd turşusu, xolesterin mübadiləsində  iştirak edir.
  2. Hipofiz və böyrəküstü vəzi hormonlari- kortikosteroidlərin, minrelokortikoidlər , progezsteron, serotonin, adrenalin,  noradrenalin,   dofamin, melonin, tirozin, tireolibezin və s. əmələ gəlməsində iştirak edir.
  3. Sümük və  qığırdaq toxumasının , birləşdirici toxumanın yaranmasında ,  yaraların sağalmasında iştirak edir.
  4. Oksidləşmə -reduksiya prosesində, hüceyrə tənəffüsü prosesində,  orqanizmin O2-lə  təcziatında iştirak edir.
  5. Qan yaranmada – hemoqlobinin, eritrositlərin, laxtalanma faktorlarının yaranmasında, damarların divarlarının  möhkəmlənməsində iştirak edir.
  6. Mikroelementlərin , məsələn dəmirin sorulmasında,  immun hüceyrələrin- limfositlərin , virus əleyhinə interferonun yaranmasının  stimullaşmasında iştirak edir. Bağırsaq mikroflorasının fəaliyyətinə  müsbət təsir göstərir.

Avitaminoz (C vitaminin çatmamazlığı)

Vitamin C çatmamazlığı avitaminoza səbəb olur.  Buna səbəb  qida ilə orqanizmə kifayət qədər  vitamin daxil olmadıqda,  keyfiyyətsiz və  birtərəfli qidalanma ( əsasən, karbohidratlarla),  həzm sistemi xəstəlikləri zamanı vitaminlərin sorulmasının pozulması,  malabsorbsiya sindromu,  antibiotiklərin uzun müddət istifadə edilməsi, orqanizmin vitaminə qarşı ehtiyacın yüksəlməsi ( fiziki iş və s) və bu ehtiyacın ödənilməməsi, tretoksikozluq, öd xəstəlikləri, stres, qızdırma və s.  vitaminin azalmasına və s. olur. Avitaminoz  zamanı orqanizmin ümumi müqaviməti   azalır, respirator  xəstəliklərə meyillik, kapilyar keçiriciliyi artır , hemorragik diatezlər, dəri və  selikli qişaya qansızma,  dəri quruluğu, ətraflarda ağrı, hipoksiya, yorğunluq, yuxuculuq,   baş ağrıları, iştahanın   azalması,  fiziki zəiflik, əsəbilik  kimi hallar baş verir.

Orqanizim uzun müddət C  vitaminni çatmamazlığına məruz qaldıqda  sinqa  xəstəliyi  inkişaf edir.  Diş ətinin qanaması və dişlərin tökülməsi, dişlərarası sahənin şişkinliyi, sümüklərin kövrəkləşməsi  sinqa xəstəliyin əsas əlamətlərindəndir.  Eyni zamanda dərinin solğunluğu,  hipotermiya, ürəkdöyünmə, ayaqlarda və kürəkdə petexiyalar, epitel hüceyrələrinin struktur funksiyalarının pozulması,  və s. kimi əlamətlər yaranır.  Xəstəlik zamanı müşahidə edilən dəyişiklərin əsasını zülal (kollagen və elastin zülallarının sintezi) və amin turşu ( tirozin, prolin, lizin)  mübadiləsinin pozulması  təşkil edir.  Xəstəlik zamanı karbohidrat  mübadiləsi dəyişikliyə uğrayır, qlükozanın katobolizmində iştirak edən fermentlərin ( heksokinaza fosfoheksoizomeraza fosfoqlükomutaza) fəallığı və qlikogen sintezi azalır, qaraciyər öd turşularının sintezi pozulur, mədə-bağırsağın hərəki funksiyasının pozulması, hemoragik enterokolit  və s. yaranır.

Avitaminozu necə aradan qaldırmaq?

Orqanızımdə vitamin çatmamazlığını aradan qaldırmaq üçün tərkibində münasib vitaminlər saxlayan meyvə-tərəvəz və qida məhsullarından, lazım gəldikdə  vitamin C tərkibli preparatlardan istifadə etmək lazımdır.  Portağal, limon, naringi, kivi,  moruq, qarağat, çiyələk, tut, alma, ərik, itburnu, üzüm, şaftalı, kök, qarğıdalı, qırmızı bibər, pomidor, cəfəri, ispanaq və s. vitamin C ilə zəngindir.

Faydalı məqalə: Vitamin zənginli bu qidalar körpənin sağlamlığı üçün çox vacibdir

Lakin  vitamin C-i böyük dozada qəbul etmək olmaz.  Vitamin C –n  böyük dozada   və  uzun müddət  qəbulu  bir sıra hallara , məsələn,  mədəaltı vəzin  və böyrək yumaqcıqlarının funksiyasının  ciddi surətdə pozulmasına,  qanın laxtalanma qabiliyyətinin artmasına, hiperasid qastritin kəskinləşməsinə, allergiya,  baş ağrıları, yuxunun pozulmasına  və s.  səbəb ola bilər.

İlhamə Hüseynova.  Həkim pediatr.