― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəKörpə 0-1 yaşKörpənin sağlamlığıVitamin zənginli bu qidalar körpənin sağlamlığı üçün çox vacibdir

Vitamin zənginli bu qidalar körpənin sağlamlığı üçün çox vacibdir

Bu məqalədə siz hansı qidalarda uşaqlara lazım vitaminlərin olmasını və uşağın sağlamlığına təsirlərini öyrənəcəksiniz. Unutmayın ki, vitaminlər uşağın inkişafı üçün çox vacibdir. Çalışın ki, uşağınız hər gün yalnız ən faydalı qidalar ilə qidalansın.

Düşünülmüş rasionu

Hər zaman uşağın eləcə də bütün ailənin gündəlik menyusunun tərtib edilməsinə çox ciddi yanaşmaq, əlbətdəki yaxşıdır. Əgər siz, ilin istənilən fəslində naharı, tərəvəzli salatsız, borşu təzə göyərtisiz təsəvvür etmirsinizsə, ağ çörəkdənsə çovdar çörəyinə üstünlük verirsinizsə, onda şübhəniz olmasın: Siz düzgün düzgün qidalanırsız. Yalnız yadda saxlamaq lazımdır ki, rasion balanslaşdırılmış olmalıdır. Məsələn, çox faydalı dana ciyərini həftədə bir dəfədən çox olmayaraq, istifadə etmək olar. İspanağı da, diyetoloqlar hər gün hazırlamağı məsləhət görmürlər. Və belə misallar hədsiz çoxdur.

Pendir.

Süd məhsullarını hər gün yemək lazımdır. Qatıq, kefir, kəsmik, pendir immunitetin möhkəmlənməsinə kömək edir, orqanizmi A, B2 vitaminləri və mikroelementlərlə zənginləşdirir. Bundan başqa, bu disbakterioz üçün  yaxşı profilaktikadır.

Ət.

Körpəniz ətdə olduğu qədər heyvan zülalı, dəmir və lazım olan amin turşularını, heç bir qida məhsulundan ala bilməyəcək. Yadda saxlayın: Uşaq vegetarian olmamalıdır! Mütəmadi olaraq, uşağa yağsız pehriz əti verin: dovşan, hinduşka, mal əti.

Yumurta.

Qış mövsümündə, günəşin nadir hallarda olmasına baxmayaraq, uşaq D vitamini çatışmazlığını doldurmalıdır. Bu vitamin ilə zəngin qidaları tapın. Yumurta sarısının tərkibində balacanın ehtiyacı olduğu vitamin vardır. Əgər onun bir yaşı tamam olubsa və yumurtaya alergiyası yoxdursa, gündə bir yumurta sarısı verə bilərsiniz.

Yağ.

Uşağın orqanizmini A, D, E vitaminləri və doymamış yağ turşuları ilə təmin etmək üçün gündə 3-5 qr kərə və ya bitki yağı kifayətdir.  Onlar körpənin sağlam böyüməsinə və inkişafına kömək edir, mikroblara və infeksion xəstəliklərə qarşı qoruyur. Uşağa 72,5% yağ tərkibli kərə yağı və zeytun, qarğıdalı, günəbaxan duru yağlarını vermək məsləhət edilir. Yağı onların sıyıqlarına və salatlarına əlavə edin. 

Çuğundur.

Bütün il boyu bu tərəvəz faydalı xassələrini itirmir. Çuğundurun В2, Bp, РР vitaminləri və dəmir, kalium kimi mikroelementlərlə zəngindir. Uşağınıza qaynadılmış və ya bişirilmiş çuğunduru xama ilə verin. O, həzm traktının və ürək-damar sisteminin fəaliyyəti üçün faydalıdır.

Kələm.

Kələmin bir çox növləri mövcuddur: Ağ, qırmızı, gül kələmi, brokkoli və s. Və onların hər biri özünə görə yaxşıdır. Onların tərkibində çoxlu karbohidratlar, vitaminlər və mineral duzları var.  Çalışın kələmi uşağa xam, bəzi növlərini isə tam bişməmiş halda verin. Bu cür onun daha çox xeyri var.

Qoz findiq.

Bu çərəzlər əvəz olunmaz amin turşuları, mineral duzlar, yağlar və A, E, C və B qrup vitaminləri ilə zəngindir. Belə komponentlər isə körpənin inkişafı üçün çox vacibdir. Lakin unutmayın ki, belə çərəzləri 3 yaşdan yuxarı vermək olar. Allergik uşaqlara isə vermək olmaz.

Naringi.

Sitrus meyvələri karoten, C vitamini, üzvi turşuların qiymətli bir mənbəyidir. Onların hamısı həzmi yaxşılaşdırır, iltihabəleyhi təsirə malikdirlər. 

Kivi.

Hesab olunur ki, bu meyvənin tərkibinə çox miqdarda C vitamini daxildir! Balaca uşalara kivini tumları ilə vermək məsləhət edilmir. Onları səliqə ilə təmizləyə bilərsiniz.

Xurma.

Bürüşdürücü dadı ilə tanınan xurma, A, C vitaminləri və yod, dəmir, manqan və kaliumun mikroelementleri ilə zəngindir. Üstəlik  bu meyvə, soyuqdəymədə və öskürəkdə çox effektlidir. Xurma qalxanabənzər vəzinin işi üçün çox faydalıdır.

error: Alert: Content selection is disabled!!