― Advertisement ―

Uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına...
Ana səhifəUşaq 1-5 yaşUşağın inkişafı və tərbiyəsiUşaqların müstəqil olmalarına kömək edəcək 12 üsul

Uşaqların müstəqil olmalarına kömək edəcək 12 üsul

Müstəqil uşaqlar – hər bir valideyinin arzusudur. Səhər durub dişlərini təmizlədi, geyindi, sol və sağ çəkmələrini səhv salmadan geyindi – və s. Məgər, bu xoşbəxtlik deyil?

Sizin üçün uşaqların müstəqil olmalarını öyrədən əla üsullar topladıq, onları yoxlamağa dəyər. Əminəm ki, həm uşağınız, həm də siz valideynlər çox rahat olacaqsız.

Sabun köpüyünü axıtmamaq

Sabun köpüyünü axıtmaq problemi ilə yəqin ki, hər bir valideyn üzləşib. Hə əlbətdə, həvəslə köpüklərin arxasınca qaçaraq, bir əlində olan maye sabunu axtmadan saxlamaq mümkün deyil. Bir qayda olaraq, bir neçə dəqiqədən sonra maye artıq döşəməyə tökülür, uşaq isə son dərəcə pərişan olur. Problemin həlli – çox sadədir: Sabun köpüyünü oturacağın ayağına bərkidin və beləliklə həm o dağılmayacaq, həm də uşağınız rahatlıqla onu istifadə edəcək.

Dondurmanı paltara axıtmamaq.

Dondurmanın axmaması üçün keks üçün olan formaları dondurmanın çubuğuna keçirməklə, problemi aradan qaldırmaq olar.

Gün rejiminə riayət etmək.

Uşağa, nəyin hansı zamanda etməsini asan müəyyənləşdirməsi üçün birlikdə saat üzərində müxtəlif rəngli seqmentlər çəkməklə,  çox sadə yaddaş kitabçası etmək olar.

Həvəslə ardınca yığışdırmaq

Uşaqlar tamamilə təkbaşına, öz arxasınca yığışdıra və ya mətbəxdə döşəməni süpürə bilərlər. Bunun üçün sadə rəngli yapışdırıcı ilə döşəməyə kvadrat şəkli yapışdırmaq lazımdır. Missiya: bütün zibili ora salmaqdır!

Açarları səhv salmamaq

Uşağın açarları səhv salmaması üçün açarları, rəngli dırnaq və ya akril boyası ilə rəngləmək olar.

Sol və sağ ayaqqabıları ayırmaq

2-3 və daha böyük uşaqlar tez-tez sağ və sol ayaqqabıları səhv salırlar. Sevimli qəhrəmanı olan yapışdıcı etiketi, yarıya bölün və ayaqqabının içinə yapışdırın. Bu hər kəsin həyatını asanlaşdıracaq.

Qələmi düzgün tutmaq

Ovucun içində salfeti çeçələ və adsız barmaqla tutaraq, qələmi düzgün tutmağı öyrənmək olar.

Qapını çırpmamaq

Balacanın hər dəfə sizi örtülən qapını açmağa çağırmaması və ya qapını çırpmaması üçün tətiyi yapışqan lentlə yapışdırmaq kifayətdir.

Lazımi sayda tualet kağızı açmaq

Balacanın nə qədər tualet kağızının açmaq lazım olmasını bilməsi üçün divarda qeyd apara bilərsiz.

Dişlərini nə qədər təmizləmək lazımdır

Hətta böyümüş uşaqlara dişləri nə qədər vaxta təmizləmək lazım olduğunu anlamaq çətin olur. Buna 2-3 dəqiqəlik olan qum saatı kömək edəcək. Daha bir üsul, diş təmizləmə zamanı ən azı 2 dəqiqə olan müsiqi qoyun, musiqi bitdisə təmizləmə də bitdi deməkdir.

Ticarət mərkəzində itirilməmək

Bayram zamanı küçədə və ya ticarət mərkəzində bir-birini itirmək çox asandır. Bu xoşagəlməz vəziyyətdə, uşağı tez tapmaq üçün evdən çıxmazdan əvvəl onun əlinə öz telefonunuzu və onun ad-soyadını, dayanıqlı marker ilə yaza bilərsiz. Təbii ki, uşağa özünü düzgün aparmaq (valideynləri, itirildiyi yerdə dayanaraq gözləmək lazımdır; yardım yalnız uşaqlı anadan və ya mağaza işçisindən və s. istənməlidir) qaydası öyrədilməlidir.

Ana bazarlığı boşaldana kimi, yerində dayanmaq

Ana yükünü boşaldan zaman, dolu enerjili uşaqların ətrafa qaçmamaları üçün onları oyuna cəlb edin. Maşına uşaqların sayına görə parlaq yarlıq yapışdıraraq, onların robot olduqlarını deyin. Və robotlar məhz bu zaman burda dayanmaqla enerji aldıqlarını söyləyin.

error: Alert: Content selection is disabled!!