Uşaq böyüdükcə onun inkişafı müəyyən yaş dövrünə uyğun ardıcılıqla baş verir. Hər yaş dövrünün özünəməxsus xüsusiyyətləri var və bu xüsusiyyətlər uşağa fərqli yanaşmağı tələb edir. Bəzən uşaqda inadçılıq, tərslik görəndə valideyn uşağı tənbeh edir və ya cəzalandırır. Əslində bu hallar uşağın keçid yaş dövürləri ilə əlaqədar ola bilər.
Erkən yaş 1-3 yaş dövrləridir. Uşaqların psixi sağlamlıqlarına dair mütəxəssislərin bu mövzuda araşdırmalarına əsasən erkən yaş qrupunun uşaq həyatında önəmli olduğunu vurğulayırlar. Bu dövrdə uşaqda həm təfəkürün inkişafı, həm də emosional reaksiyaların inkişafı özünü əhəmiyyətli dərəcədə göstərir. Uşaqda anlama, dərk etmə, ünsiyyət, danışıq qabiliyyəti inkişaf edir. Erkən yaşlı uşaqlar digərlərindən fərqli düşünür və başqalarının düşüncələri onlara anlaşılmaz və ya yanlış gəlir. Situativ- kənar- dərketmə ünsiyyəti: uşağı “ necə “, “ nə üçün “, “ niyə” kimi suallar maraqlandırır; o, görünən situasiya çərçivəsindən çıxır. Onların irad və göstəriciləri işgüzarcasına şıltaqlıqlarla və təqsirlərndirici etmədən qarşılanır.
Uşaqla valideyn arasında yaranan münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Ailə vəziyyəti, olduğu mühit uşağın ətraf mühütü dərk etməsinə olduqca təsir edir. Bu dövrdə uşaq ətraf aləmlə aktiv təmasda və hərəkətdə olur, hər şeylə maraqlanır, böyük yaşlı uşaqlar və böyüklərlə ünsiyyət nəticəsində nitq təkmilləşir. Özündən xüsusi sözlər uydurur, eşitdiyi sözə oxşar sözlər ifadə edir. Uşağa oyunlar və hərəkətlər, böyüklərin nəzarəti ilə əmək və məişət vərdişləri öyrədilir. İnkişaf üzrə ekspertlərin apardığı geniş araşdırmalara əsasən bu yaşda olan uşaqların yetişkən təlimatı olmadan digər uşaqlarla oynaması əsas inkişaf sahələrinin daha yaxşı artımına gətirib cıxarır. Ekspertlər bu oyunların uşaqların böyüməsinə və əsas inkişaf sahələrinin artımına səbəb olduğunu qəbul edirlər. Ona görədə bu dövürdə tərbiyə uşağa qulluğun əsas elementidir. Uşağa rejimin düzgün təşkil edilməsi vacibdir. Onu ətraf mühütün zərərli amillərinin təsirindən qorumaq lazımdır. Çünki, uşağın ətraf aləmlə unsiyyəti genişlənir. İnkişaf üzrə ekspertlər bu yaşlarda olan uşaqlarda sosial fəaliyyət bacarıqlarının inkişaf etdiyini vurğulayır. Məsələn, 3 yaşında uşaq həmyaşıdları ilə mübahisələr yaşayır, özlərinə oyun yoldaşı seçirlər. Lakin uşaqların istəkləri möhkəm deyil, tez keçib gedəndi, onları durdurmaq və nəzarət edə bilmir.
Uşaqlarda emosiyalar böyüklərdən fərqli olaraq, qısa müddətlidir və bir neçə dəqiqə ərzində kəskin dəyişə bilir. Beləki, uşaqlarda emosional reaksiyaların formalaşmasında bənzətmə rolumu oynayırlar. Uşaqlar böyüklərin hərəkətlərini tez bir zamanda mənimsəyərək, emosional reaksiyaları dəqiqliklə təkrarlayırlar. Uşaq yalnız birbaşa görənlərə emosional reaksiya verir.
Erkən yaş krizləri- tərslik, neqavitizim, qısqanclıq, inadkarlıq, qəzəb və razılıqdır. Qəzəb – özünü ümumi etiraz əlaməti kimi biruzə verir: o ağlayır, qışqırır, döşəmədə sürünür, ora-bura qaçır, təpiklə zərbələr endirir, agressiv rəftarlar ortaya qoyur. Bəzən əlində olan əşyanı sındırır, dişləyir. Bir qədər böyüdükdə isə əsəblərini daha yaxşı necə idarə etməyi və emosiyaları konstruktiv nizamlamağı bacarır.
Qısqanclıq – valideyn diqqətinin azalması, ailədə yeni uşaq doğulduqda və ona bir qədər diqqətin artması hallarında əmələ gəlir.
Razılıq hissinə- erkən yaşlı uşaqlarda müsbət emosiyanın əmələ gəlməsinə, yaxınların, xüsusilə ananın mehribançılığı, xoş ünsiyyəti səbəb olur.
Lakin əksər hallarda ailədə, uşağın inkişafı üçün ya optimal şərait yaradılmır və ya inkişafın sürətləndirilməsi müşahidə edilir ki, nəticədə uşaq erkən dövrdə yaranan təməllərdən məhrum olunur və valideynlərin istədikləri nəticələri əldə edə bilmir. Beləliklə, əziz valideyinlər, uşaqla onun ətraf mühitə adaptasiya olana qədər, onun keçid dövürlərini nəzərə alaraq rəftar edin. Uşağınızı hər zaman sevin və onun qayğısına qalın.
İlhamə Hüseynova. Həkim pediatr.