Cavablarınızı mümkün qədər sadə edin. Uşağınız sual verdikdə, qısa və sadə bir şəkildə cavab verin. Uşaq yalnız cavabını istədiyi sualı verir və soruşduğundan daha çox şey söyləməyinizə ehtiyac yoxdur.
Uşağınıza toxunma növlərini izah edin.
Uşaq qucaqlaşmanın xoş bir davranış olduğunu bilməlidir. Ancaq sizə və dostlarına necə toxuna bilməsini də öyrənməlidir. Dörd yaşa çatmış oğlunuzun istədiyi üçün sinənizə toxunmasına icazə vermək, ona bu məsələyə görə acıqlanıb və ya utandırmaq kimi səhv bir davranışdır. Dodaqdan öpmək kimi hərəkət sizin xoşunuza getsə belə, bu münasibətlərin uşağın yanlış məlumatlandırılmasına səbəb olacağını bilməlisiniz. Bənzər bir açıqlama ilə yanaqdan öpmək problemi həll edəcəkdir. Kiminsə toxunuşu onu narahat edirsə, buna icazə verməməyi və onu necə dayandırmağı, uşağınıza öyrətməyiniz vacibdir.
Digər mənbələrə nəzarət edin.
Uşaqlar dəyərləri erkən yaşda öyrənirlər. Qadınların və kişilərin bir-birlərinə necə münasibət göstərmələrini izah edin. Öz fikirlərinizi onunla bölüşün. Ancaq eyni zamanda ona, öz düşüncələrini formalaşdırmaq üçün vaxt verin. Həddindən artıq gizlilik, cinsellik haqqında danışmamaqla, ətrafdan öyrənməyə icazə verməklə onu qoruduğunuzu düşünürsünüz, lakin məlumatı olmayan bir uşağı böyütdüyünüzü bilməlisiniz. Unutmayın ki, uşağınıza cinsellik haqqında məlumat verən yeganə mənbə siz deyilsiniz. Cinsi məzmun, mahnılar, kliplər və filmlər haqqında hər zaman seçici olmalısınız. Evdəki uşağın qarşısına çıxa biləcək nəzarətsiz məlumatlar, cinsellik barədə dediklərinizdən daha çox səhv məlumat verə bilər.
Cinsellik haqqında danışmaq üçün öz yanaşmanızı kəşf edin.
Cinsi orqanların adlarını dəyişdirmədən adlandırın.
Bir az peşəkar səslənsədə, uşaq söyləyə bildikdən sonra cinsi orqanları başqa adla çağırmağın mənası yoxdur. Buna görə, 4 yaşından sonra valideynlər düzgün anatomik adlardan istifadə etməlidirlər. Kiçik uşağınıza burnunun və ağzının yerini öyrədərkən, cinsiyyət orqanlarının yerini də öyrədin. Böyüdükcə üzərinə məlumat əlavə etmək, asanlaşacaqdır.
Söhbət üçün mümkün vəziyyətdən istifadə edin.
Onlara cinsəlliyi tanımasına kömək edin.
Uşaqların məktəbəqədər dövrdən etibarən cinsi oyunlar, masturbasiya davranışları və ya öz cinsiyyətini tanımaq kimi suallara utanmadan, qorxutmadan, tənqid etmədən dəqiq bir şəkildə cavab verilməlidir. Sualları böyük bir hadisə halına gətirməyin. Təəccüblənmiş və şoka düşmüş kimi davranmayın. Onlarla kiçik olduqları zamandan cinsellik haqqında danışın ki, yetkinlik yaşlarında cinsellik duyğularını sizə danışa bilsinlər.
Növbəti dövrü təsvir edin.
Uşaqlarla cinsellik haqqında danışarkən, sonrakı inkişaf dövrü haqqında qısa danışın. Uşaqlar bədənlərinin sürətlə dəyişməsindən narahat olurlar. Buna görə də onları gözləyən dəyişikliklər barədə danışmaq, gələcəkləri etibarlı şəkildə gözləməyə kömək edəcəkdir. Məsələn, doqquz yaşlı qızınızla menstruasiya (aybaşı) haqqında danışmaq, ilk qanaxma baş verdikdə panikasız qarşılamanı təmin edəcəkdir.
Ən vacib olan məqam, siz uşağınızı tanımalı və verəcəyiniz məlumatın ona uyğun olub-olmadığına əmin olmalısınız. Suala təəccüblənməməli, doğru olanı lazımı qədər izah etməlisiniz. Onların cinsəliklə bağlı maraqları normaldır, sizdən öyrənə bilmədiklərini, ətrafdan mütləq öyrənəcəkdir. Lakin, doğru və lazım olanı öyrənməsi sizin əlinizdədir. Uşaqlarınız ilə dost olmağa çalışmalısınız.