Uşaqlar inadkarlığa, müəyyən şeyləri rədd etməyə meyllidirlər. Bu yazıda, uşaqlarda inadkarlığın başlanğıc yaşına, inadkarlığın səbəblərinə, ailələrin inadkarlığa münasibətləri, həll yolları və tövsiyələrə toxunacağıq.
Unutmamalısız ki, “yox” demək qabiliyyəti çox vacib bir həyat bacarığıdır. Məktəb illərində, sinif yoldaşları dərsdən qaçmağı və ya digər pis şeyləri sınamağı təklif etdikdə, uşağınızın inadkarlığı – faydalı olacaqdır. Buna görə uşağınızı yalnız itaətsizlik faktı ilə cəzalandırmayın. Valideynlərin vəzifəsi inadçı uşağa fikirlərini konstruktiv şəkildə necə müdafiə etməyi öyrətməkdir. Bunun üçün uşaqlarınızın reaksiyalarını yaşlarına görə düzgün qiymətləndirməlisiniz.
4 və daha yuxarı yaşda inadkarlıq yalnız dünya ilə tanış olmaq istəyindən deyil, təcrübə etməklə onu fəal şəkildə dəyişdirməyin zəruriliyindən də yaranır. Buna görə, uşaq “yox” eşitdikdə, əksini etmək üçün sakit və diqqətlə məşq etməyə başlayır.
5-6 yaşlarında inadkarlıq, tez-tez başqalarının eqoistliyinə qarşı bir etirazdır. Bu cür davranışa məhəl qoymamaq və ya qəti şəkildə inkar etmək, yalnız müqaviməti pozmağa kömək etməyəcəkdir. Ancaq uşağa qulaq asmamaq və qulaqardına vurmaq inadçı uşağın psixoloji vəziyyətini pisləşdirə bilər. Bu, uşağı özünə qapanan və sakit hala gətirə bilər və ya qarşı tərəfin başa düşə bilməməsinə görə qəzəb partlamasına səbəb ola bilər.
Uşaqlarınız bir şeyə inad etməyə başladıqda, sakit və məntiqli qalmağa çalışın. Unutmayın ki, onlar da bir şəxsiyyətdirlər və hər yaşda seçim etmək istəyirlər. Övladlarınızı başa düşməyə, suallar verərək orta yolu tapmağa cəhd edə bilərsiniz:”Nə baş verir? Bunu niyə istəyirsən? İstədiyin şey sənin yaşına uyğundurmu, həqiqətən sənə faydalı olacaqmı? Sənə necə kömək edə bilərəm? Niyə üzüldün?..” Uşaqlarınızla ünsiyyət qurmaq və onların istəklərinə məna vermək səyləriniz, uşağa düzgün mesaj göndərir. Əsasən də, “Bəli, mən səninlə maraqlanıram, sənə qulaq asıram. Mən səni sevirəm. Seçiminin uyğun olub olmadığına gəl birlikdə qərar verək. ” Beləliklə, nə uşağı, nə də onun istəklərinı rədd edirsiz, əksinə, onu başa düşməyə çalışırsınız. Qarşılıqlı anlaşma ilə ortaq bir nöqtəyə gəlməyə çalışmalısınız.
İnadkar uşaqların səbrinin artırılması üçün praktik bilgilər.
Onlara ilham verin – Çox həssas uşaqlar sözlərdən, davranışdan və ətrafında gördüklərindən təsirlənirlər. Inadkarlıqdan danışanda bunu öz xeyrinizə istifadə edə bilərsiniz. Məsələn, uşağınız riyaziyyata nifrət edə bilər. Ancaq bəlkə basketbola daha çox maraqlıdır. Bir basketbolçunun məktəb həyatından, onun məqsədinə çatması üçün ilk əvvəl məktəbdən başladığından bəhs edərək, kiçik hekayə söyləyə bilərsiniz. Bu, uşağınızın dərslərinə daha çox diqqət yetirəcəyinə səbəb olacaq. Bu taktikaları birbaşa sınamaqda müvəffəq deyilsinizsə də, uşaqlarda inadkarlığı məğlub etmək üçün ən azı cəhd göstərərək bir addım atmış ola bilərsiniz.
Kiçik addımlarla başlayın – Uşağınızı kiçik yaşda belə çox kiçik bir müddətə gözlətməklə, səbr etməsini öyrədə bilərsiniz. Onlardan stəkana bir az daha çox süd əlavə etməzdən əvvəl sakitləşmələrini və 1-2 dəqiqə sakit gözləmələrini istəyə bilərsiniz, amma bu bir başlanğıcdır. Uşağınız böyüdükcə, istəklərini yerinə yetirənə qədər daha uzun zaman verərək səbr etməyi öyrədə bilərsiniz.
Özünə nəzarət etməyi öyrədin – Bir uşağın səbirli olması – narahat, emosional və ya yorğun olduğu zaman hisslərini və hərəkətlərini idarə edə bilməsi deməkdir. Uşağınızdan, istəyini yerinə yetirməzdən əvvəl özünü idarə etməsini xahiş edin. Bunu etmək, səbirsiz davranışla istədiyi əşyanı əldə edə bilməyəcəyi fikrini aşılayır.


