İnək südü
Mütəxəsislər bildirirlər ki, inək südü, körpənizə həyatın ilk ilində kəsinliklə verilməməlidir. İnək südü anemiyaya, bağırsaq qanamasına və allergiyaya səbəb ola bilər. Körpəniz 1 yaşına çatdıqdan sonra, inək südü 1-2 həftə boyunca 1:1 nisbətində su ilə qarışdirilaraq verilir və sonrakı müddətdə tam südə keçmək olar. Körpənizə gündəlik 2 stəkandan artıq inək südü verilməməlidir.
Körpənin qidalanması: Əlavə qida
İlk 6 ayda körpələrə əlavə qidalar verilmir. İlk 6 ay ərzində ana südü və lazım olarsa, hazır ana südləri verilə bilər. Əlavə qidaya keçərkən, həzmi asand olan, alergik olmayan, qatqısız, təzə və təbii qidalar seçilməlidir. Körpənin alışması üçün hər yeni qida az-az verilərək, tədricən artırılmalıdır. Tek gıdayla başlanıb, 3 gün arayla yeni gıdaları sınamaq olar. Əlavə qidaya keçərkən, körpənizə qidanı tox qarına verməyiniz uyğun deyil. Yeni qidanı körpəniz ac olduğu zaman verilməlidir. Bu şəkildə, 3 günlük təqib ilə körpənizin bədənində allergik reaksiyaları, qəbizlik və ishal əlamətlərini müşahidə edə bilərsiniz. Verdiyiniz qidadan allergik reaksiya müşahidə olunarsa, fasilə verib yeni bir qidaya başlamaq olar. Körpənizdə bir qidaya allergik reaksiya aşkar olunarsa, o qidanı tamamilə dayandırmayın. 20-25 gündən sonra yenidən cəhd edin.
Meyvə, tərəvəz
Körpə uşağın qidalanması zamanı hər mövsümdə sağlam hesab etdiyiniz hər meyvə və tərəvəzi yedirməyə çalışmayın. Meyvə və tərəvəzin həmin mövsümün məhsulu olduğundan əmin olun. Səhər körpəniz üçün bol yemək hazırlayıb, axşam da verəcəyinizi düşünməyin. Gün ərzində gözlənilən meyvə suları, tərəvəz püreləri tərkibindəki vitaminləri itirir. Verdiyiniz hər bir yeməyin gigiyena və təmizlik qaydalarına uyğun olduğundan əmin olun və təzə ikən körpənizə verin. Körpənizin yeməyini rəndə, bıçaq və ya əl blendiri kimi metal tərkibli alətlərlə kəsməyin. Bunun səbəbi, meyvə və tərəvəzin vitaminləri metalla birləşdikdə əhəmiyyətli dərəcədə azalmasıdır. Hər tərəvəz və meyvə körpəniz üçün faydalı ola bilməz. Pomidor, kivi və portağal kimi meyvələr allergiya yarada bilir, buna görə də turşulu qidaları gec başlamağı tövsiyə olunur.
Qəbizlik, ishal
Körpəniz qida səbəbiylə qəbizlik və ishal oldusa, körpənizə dərhal dərman verməyin. Problemi əvvəlcə qida ilə həll etməyə çalışın. Qəbizlik zamanı banan, şaftalı, qatıq və süd məhsulları azaldıla bilər. Gavalı, ərik kompotunu isə vermək olar. Menyuya zeytun yağı və armud da əlavə edilə bilər. İshal vəziyyətində banan, qatıq, şaftalı verilə bilər; armud, ərik, gavalı, zeytun yağı qidalarını azaltmaqla balans qurmağa çalışın.
Körpənin qidalanması: Quru paxlalılar
Araşdırmalara görə “lobya, noxud və mərcimək kimi qidalar qaz verir və körpələrə verilməməlidir” fikri doğru deyildir. Körpəniz 9-cu aya girdikdən sonra, əvvəlcədən suda saxlanılan paxlalı bitkiləri çox yaxşı bişirmək, qaz yaratmaması üçün süzgəcdən keçirib, qabıqlarını çıxarıb, hazırlaya bilərsiniz.