Körpə üçün yeməkləri hazırlayarkən nələrə diqqət yetirmək lazımdır

0
959
körpə yeməkləri usaq yeməkləri

Körpə üçün yemək hazırlayarkən, körpəyə yetkin uşaq kimi baxmamalısınız. Çünki körpənin ehtiyac duyduğu qidanın miqdarı uşaqdan fərqlidir. Düzgün qidalanmayan körpələrdə piylənmə və inkişaf ləngiməsi ola bilər. 4 aylıq körpə yeməkləri 8 aylıq körpə yeməkləri ilə eyni deyil. Bundan əlavə, körpələrdə baş verə biləcək bəzi metabolik xəstəliklər, yaşayış şəraiti, genetik meyllər və qida allergiyası da nəzərə alınmalıdır. Körpə qidası, körpə qidası mütəxəssis həkimlərinin nəzarəti altında olmalıdır. Düzgün və sağlam qidalanırsınızsa, öz yeməklərinizi elə təşkil edə bilərsiniz ki, körpə də yeyə bilsin. Bu da iş yükünüzü azaldacaq.

Hər bir uşağın inkişafı fərqlidir

Ailənin sağlamlığı və genetik faktoru uşaqlarda da müşahidə olunur. Bu səbəblə hər uşaq hər sevmir və hər yeməyi yeməməlidir. Uşaq qidalanmasının əsas qaydası, sağlam və yaşa uyğun olmasıdır. Bəzi körpələr erkən, bəziləri isə daha sonra çeynəməyə başlaya bilər. Bəzi uşaqlar qaz problemindən, qarın sancısından, allergiyadan əziyyət çəkir, bəzilərində isə bu problemlər olmur. Bu səbəbdən reseptlərinizi uşağınızın inkişafı, sağlamlığı və sevdiyi qidalar istiqamətində dəyişdirməlisiniz.

Uşaq qidası hazırlayarkən nələrə diqqət yetirmək lazımdır?

Əlavə qidalara keçid zamanı körpəyə yemək hazırlayarkən nəzərə alınmalı vacib məqamlar aşağıdakılardır;

  • Bişirəcəyiniz yeməklər təzə olmalıdır.
  • Yemək bişirmədən əvvəl həmişə əllərinizi yuyun.
  • 1 yaşa qədər yeməyə duz və şəkər əlavə edilməməlidir.
  • 1 yaşına qədər yedirilməməsi gərəkli qidara fikir verilməlidir.
  • Çox qarışıq, çox ədviyyatlı yeməklər hazırlanmamalıdır.
  • Körpə yeməklərində, blendordan çox istifadə etməyin. 8 aydan etibarən yeməkləri tam pürə halına gətirməyin. Bu aydan etibarən çəngəl ilə əzmək daha yaxşıdır.
  • Körpəyə xam tərəvəz verilməməlidir, çünki onun həzmi körpə üçün çətin ola bilər.
  • Həzmi çətin olan meyvələr, az suda və ya buxarda qısa müddət bişirilməlidir.
  • Yaşıl yarpaqlı tərəvəzlərdən hazırlanan yeməklər təzə olmalı və həmin gün yeyilməlidir. Bu cür tərəvəz qidalı yemək gözlədikdə,  tərəvəzdə olan nitratın nisbəti artır və nitrat qəbulunun yüksək olması körpələrdə nitrat zəhərlənməsinə səbəb ola bilər.
  • Körpələrə bol yağda qızardılmış qidalar verilməməlidir.
  • Yemək rəngləmə, jelatin və s. kimi kimyəvi yemək əlavələri uşaq yeməklərində istifadə edilməməlidir.
  • Körpəyə harada necə yetişdirilməsi bilinməyən qidalar yedirilməməlidir.
  • Yemək az və orta istilikdə yavaş-yavaş bişirilməlidir.
  • Sobada hazırlanan yemək 180 dərəcədən yuxarı bişirilməməlidir.
  • Pendir, zeytun və s. qidaların duzunu azaltmaq üçün bir müddət suda saxlamaq lazımdır.
  • Paxlalılar ən azı 24 saat əvvəlcədən suda saxlanılmalı və sonra təzə su ilə bişirilməlidir.
  • Noxud, lobya və s. yeməklər qaynadıqdan sonra qabıqlar təmizlənilməlidir.
  • Balıq, ətraf mühitin çirklənməsinin artması səbəbindən hamilə və körpələrə çox tövsiyə edilmir. Balıq hazırlamağa hazırlaşırsınızsa, kiçik balıqlara üstünlük vermək daha doğru seçim olar.
  • Mümkünsə organik toyuq və ya düzgün istehsal edildiyi bilinən kənd toyuğu istifadə edilməlidir.
  • Ət bildiyiniz təmiz yerdən alınmalıdır.
  • Körpəniz bir yeməyi istəmirsə, məcbur etməyin. 1 ay sonra yenidən cəhd edin.
  • Qidalı olması üçün hər şeyi qarışdıraraq xama kimi hazırlamayın.
  • 9 aydan sonra körpə yeməklərinə soğan əlavə edilə bilər, ancaq soğanı uzun müddət qovurmayın. Yanan qidalar kanserogendir. Eyni şəkildə unu qovurmayın.
  • Meyvə və tərəvəz qurudulub, qaynadıqda vitaminləri itir. Bu səbəblə təzə hazırlanmalıdır. Yaşıl yarpaqlı tərəvəzlərdən hazırlanmış qidalar istisna olmaqla, digər yeməklər soyuducuda maksimum 1 gün saxlanıla və ertəsi gün verilə bilər.
  • Soyuducuda olan qidalar arasında çirklənmənin qarşısını almaq üçün temperatura və qabların yerləşdirilməsinə diqqət yetirilməlidir. Körpə qidasının yanına çiy qapağı açıq şəkildə ət, toyuq və s. kimi qidalar yerləşdirilməməlidir.

Körpəyə yemek necə yedirilməlidir?

Çox vaxt analar körpələrini qidalandırmaqda çətinlik çəkirlər. Ancaq bu yalnız anaların əlində deyil. Körpənin baxımı ilə maraqlanan hər kəs əvvəldən eyni qaydalara riayət etməlidir. Heç kim, o cümlədən körpələr gərgin bir şəraitdə tez-tez yemək istəmir. Aşağıdakı məsələlərə diqqət yetirə bilərsiniz:

  • Körpələri uzanaraq yedirməyin.
  • Ekran qarşısında, əlində telefon və ya planşet ilə yedirməyin.
  • Yeni qidalara tədricən keçin.
  • Yemək müddətini rahat, stressiz keçirin.
  • Bəzən körpənin yeməyi oynayaraq, tökərək yeməsinə şərait yaradın.
  • Yeməyi körpəyə ac olduqda verin. Əvvəlcədən qəlyanaltı verməyin.
  • Yemək vaxtında bir musiqi qoymaq belə əhvalınızı dəyişə bilər.
  • Əgər körpənizi şirniyyatlara öyrəşdirərsinizsə, o zaman tərəvəz və şirin olmayan qidalara alışdırmaq çətin olacaq.
  • Körpədə, yeni bir qida yedikdən sonra ishal, qaşınma, qızartı varsa, həkimə məlumat verin. Veriən qida maddələri allergiyaya səbəb ola bilər.
  • Körpələr böyüdükcə, təxminən 1 ilə 1,5 yaşlarında iştahları əvvələ nisbətən azalır. Bunun səbəbi böyümə sürətinin yavaşladığıdır. Körpənizin çəkisi və böyüməsi normaldırsa, heç bir problem yoxdur və çox yemək məcburiyyətində deyil.

Unutmayın ki, hər bir dövr keçicidir.

Səbirli olun!