“Aquşa” ana və uşaqlar üçün möhtəşəm və yaddaqalan bir gün keçirdi!

0
397
Agusha faydal və rahat

İyunun 9-u «Aquşa»nın təşkil etdiyi tədbir hələ uzun müddət iştirakçıların yaddaşında qalacaq. Bunu iştirak edən ana və balacalar da təsdiq edə bilərlər. Analar həm maraqlı çıxışları dinlədilər, həm də uşaqları ilə birlikdə müxtəlif əyləncələrə qatıldılar.

Çıxış edən bloqer Vəfa Əli maraqlı mövzulara toxundu. O,  körpənin yalnız uşaq məhsulları ilə qidalanmasının önəmliyini, «Aquşa»nın körpələr üçün faydasını vurğuladı və niyə «Aquşa» sağlam qida sayıldığı barədə ətraflı danışdı. Çıxış zamanı uşaqlar animatorlarla əyləndilər. Daha sonra maraqlı müsabiqələr və sərbəst vaxt (kofe-fasilə) baş tutmuşdu. Tədbirin sonunda isə analar «Aquşa»dan xüsusi hədiyyə bağlamaları əldə etdilər.

Gələn bütün iştirakçılar – böyükdən balacaya kimi – tədbirdən bol pozitiv emosiya və  xoş təəsürat qazandılar. Bu isə deməkdir, «Aquşa» qarşısında qoyduğu məqsədə çata bilib – Hər kəs xoşbəxt və əyləncəli anlar keçirdi!